Mubarak 3 il, 2 oğlu isə hərəyə 4 il həbs cəzası aldı

Misir məhkəməsi keçmiş prezidenti Hüsni Mubarak və onun 2 oğlu – Gamal və Alaa haqda hökm çıxarıb. Hüsni Mubarak 3 il, Gamal Muhammad Hosni 4 il, Alaa Muhammad Hosni 4 il həbsə məhkum olunub. Onların hər 3-ü korrupsiyada günahkar bilinib.