Yaponiya Rusiyaya görə havaya qırıcılar qaldırdı

Yaponiya Hava Qüvvələrinin qırıcı təyyarələri Rusiyanın iki hərbi təyyarəsinə görə səmaya qalxıb. Yaponiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, Rusiyaya məxsus təyyarələr Yaponiya hava məkanına Yapon dənizi tərəfdən yaxınlaşıb. Rusiyanın hərbi Tu-142 təyyarələri Hokkaydo adası yaxınlığında qeydə alınıb. Onlar Tsusim körfəzinin yanından geri qayıdıblar.   
Hərbi idarə hava məkanının pozulmadığını qeyd edib (Axar.az ).