Gəncədə xeyli miqdarda pul mənimsənilib

Gəncə şəhər sakini 25 min ABŞ dollarının mənimsənildiyi  barədə polisə şikayət edib

Gəncə şəhər Baş Polis Idarəsindən verilən məlumata görə, Gəncə şəhəri, Sadıllı qəsəbəsində yaşayan Rəna Rzayeva polisə müraciət edib. 

O, bildirib ki, qətlə yetirilən oğlunun yaxın dostu kimi özünü təqdim edən 25 yaşlı Gəncə şəhər sakini Mahmud Qurbanov onun təhlükəsizliyini qorumaq adı ilə bir ay evində qalıb. M. Qurbanov yaşadığı evi 25 min ABŞ dollarına satan R. Rzayevanı Rostov şəhərinəÿ aparmaq adı ilə aldadıb, etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onun pulunu mənimsəyib. Faktla bağlı Gəncə şəhər Baş Polis Idarəsində araşdırma aparılır.