“Putin rus mədəniyyətinin ən qatı düşmənidir”

Bunu Fransız yazıçısı, filosofu və jurnalisti Bernard Levy bildirib

 

“Mənim nəzərimdə ən böyük rusofob elə Putinin özüdür. O, Rusiyanın üzqarasıdır və böyük rus ziyalılarını, rus mədəniyyətini, rus kinosunu rüsvay edir”.

Levy Ukraynanın “5-ci kanal”ına müsahibəsində onu da deyib ki, rus mədəniyyətinin, ədəbiyyatının vurğunudur. Özünü Puşkin, Turgenev, Dostoyevskinin xələfi sayır.

“Rus mədəniyyəti olmasaydı, Soljenitsından üzü bəri mühüm saydığım rus dissidentləri olmasaydı, bu günkü Levy nə bir şəxsiyyət kimi, nə də bir yazıçı kimi mövcud olmazdı”. (anspress.com)