Bakıda yük avtomobili alovlandı FOTO

Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində yük avtomobili yanıb. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Aeroport şosesinin Komsomol dairəsi adlanan hissəsində, Binəyə gedən yolda “Shacman” markalı yük avtomobili yanıb. Hadisə nəticəsində xəsarət alanın olub-olmaması məlum deyil.

Yanğının səbəbi aparılacaq araşdırmalardan sonra bəlli olacaq.