Oyun zamanı tribuna çökdü FOTO

Futbol üzrə İspaniya La Liqasında bu gün “Osasuna” – “Betis” oyununda bədbəxt hadisə baş verib.
Oyunun 12-ci dəqiqədə “Osasuna” hesabda irəli çıxan məqamda qapının arxasındakı tribuna çöküb və azarkeşlər meydançaya yıxılıb. Oriol Rieranın vurduğu qola komandası və azarkeşlər sevinməyə belə macal tapmır. 

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilmir.

Tribunanın çökməsi ilə saxlanılan oyun sonradan davam etdirilib.