Azərbaycana qarşı erməni təxribatı

Ermənilər “Tatşünaslıq” üzrə beynəlxalq konfrans keçirir

İlham İsmayıl: «Bu, Ermənistanın xüsusi xidmət orqanlarının növbəti fəaliyyətidir»

Ermənistanda Azərbaycana qarşı növbəti təxribat gerAzərbaycana qarşı qorxulu erməni təxribatçəkləşdirilib. Belə ki, mayın 16-da Yerevan Dövlət Universitetində “Tatşünaslıq” üzrə 1-ci beynəlxalq konfrans öz işinə başlayıb. Modern.az saytı xəbər verir ki, erməni KİV-ləri bu qondarma konfransda Ermənistan, Rusiya, İran, Gürcüstan, Almaniya, Fransa, Polşa və s. ölkələrdən 40 alimin iştirak etdiyini bildirib. 

Tədbirin əsas təşktlatçısı Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının dekanı, bundan öncə Yerevan Dövlət Universitetində “Talışşünaslıq” üzrə beynəlxalq konfrans təşkil edən və Şuşada “Talışıstanın Səsi” radiostansiyasının yayımını təşkil edən professor Qarnik Asatryandır. Çıxışında tatları “qafqaz farsları” kimi qələmə verən erməni alim müasir Azərbaycanda onların assimilyasiyaya uğradıqlarını qonaqların diqqətinə çatdırıb.  

Konfransda iştirakçılara “Şirvanın Azadlıq Cəbhəsi” adlı naməlum təşkilatın müraciətləri paylanıb. Azərbaycan dilində yazılan müraciətdə təşkilatın əsas məqsədinin müasir Azərbaycan ərazisində “Şirvan Fars Respublikası”nın yaradılması olduğu qeyd edilib.

Bu, Ermənistanın Azərbaycana qarşı ilk bələ təxribatı olmasa da, bu tədbirin Rusiyanın Ukraynada həyata keçirdiyi separatçılıq fəaliyyəti ilə eyni vaxta düşməsi də təsadüfi görünmür. 

Hətta bəzi fikirlərə görə, Rusiya Ermənistan vasitəsilə ölkəmizə mesaj ünvanlaya bilər ki, Ukraynada olduğu kimi Azərbaycanda da yeni «müstəqil respublikaların» yaranması istisna edilmir.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bu tip tədbirləri əsasən Ermənistan xüsusi xidmət orqanlarının fəaliyyəti kimi qiymətləndirir. Bunun birbaşa Rusiyanın göstərişi olduğunu demək olmaz. Baxmayaraq ki, Rusiya tərəfindən Azərbaycanda separatçılıq qızışdırılır. Moskva ermənilərə bu istiqamətdə yardımlar edir. Amma konkret olaraq talış, tat, ləzgi məsələsinin gündəmə gətirilməsi Ermənistanda əvvəllər də olub. Bu istiqamətdə Ermənistan xüsusi xidmət orqanları özləri məşğul olur.

“Şirvan Fars Respublikası”nın yaradılmasına gəldikdə, ekspert Azərbaycanda bu məsələnin heç bir kökününü olmadığını deyir: «Bu heç vaxt üzə çıxan bir məsələ deyil. Tatların Azərbaycanda xüsusi status qazanmağa cəhd edən nə təşkilatları, nə də fərdləri olub. Bu yalnız Ermənistanın xüsusi xidmət orqanlarının növbəti fəaliyyətidir. Bunu Ukrayna hadisələri ilə bağlamaq düzgün deyil».

Fizzə