
Türkiyənin Manisa vilayətindəki Soma qəbəsində baş vermiş mədən faciəsi nəticəsində ölənlərin sayı 298 nəfərə çatıb. Enerji və təbii sərvətlər naziri Taner Yıldız jurnalistlərə açıqlamasında deyib ki, mədəndə həyatını itirən daha 14 işçinin yeri müəyyənləşib və onların çıxarılması istiqamətində iş gedir. Nazir indiyə qədər 290 nəfərin meyitinin mədəndən çıxarıldığını qeyd edib. Nazir bildirib ki, mədəndə yanğının söndürülməsi ilə bloklarda qalan işçiləri tapmaq asanlaşıb. Taner Yıldız mədəndə daha 2-3 işçinin qaldığını güman etdiklərini bildirib.
Bu arda Türkiyənin müxtəlif yerlərində Soma faciəsinə görə hökumətə qarşı etiraz aksiyaları keçirilir. Polis etirazçıları təzyiqli su vuran maşınlarla, gözyaşardıcı qaz və plastik güllələrdən istifadə etməklə dağıdır.
azadliq.info


