Obamanın gəlirləri açıqlandı

2013-cü ildə ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama 7 milyon dollar gəlir əldə ediblər.  Obama ötən ilki gəlirlərinin həcmini açıqlayıb. Ər-arvadın ən qiymətli aktivləri 1-5 milyon dollar arasında olsa da, dəqiq dəyəri bildirilməyib. Həmçinin ABŞ prezidenti müəllifi olduğu kitablardan da qazanc əldə edib. Obama 3 kitabından 170 min dollara yaxın gəlir qazanıb.   Qeyd edək ki, ABŞ rəsmiləri 1978-ci ildən qəbul edilən qərara görə, illik öz gəlirləri haqqında maliyyə məlumatlarını dərc etməlidirlər. (axar.az)