“Oğlumun ölkəni satacağını bilsəydim, onu boğardım”

Bu sözləri separatçı döyüşçü Sergey Zdrilyukun anası deyib

“Abver” ləqəbli donetsk terrorçusunun qohumları ondan Ukrayna dövlətinə təslim olmağı xahiş edirlər. Separatçı döyüşçü Sergey Zdrilyuk bir zamanlar Ukrayna Təhlükəsizlik Xidmətində çalışıb. “Abver”in anası mətbuata açıqlamasında deyib ki, oğlumun ölkəni satacağını bilsəydim, onu şəxsi əllərimlə boğardım.

Qadın Zdrilyukun arvadıyla birgə 23 il Simferopolda yaşadığını bildirib. Zdrilyuk Simferopolda hərbi məktəbi qurtardıqdan sonra hərbi xidməti də orada keçib. Daha sonra o, Krımın Təhlükəsizlik Xidmətində çalışıb. 

Öz növbəsində “Abver”in bacısı bir neçə gün əvvəl telefonla qardaşı ilə danışdığını deyib.

“O deyir ki, Ukraynanı satmadım. Nə etdiyini bilir. Ukraynalıları “banderçilərdən” müdafiə edir. Hər şey Meydandan başlandı. Əvvəlcə Serqey onu müdafiə edirdi. Amma sonra Amerikanın hər şeyi aldığını danışmağa başladı”, – deyə “Abver”in bacısı bildirib.

Qadınlar müsahibəsində Zdrilyukdan təslim olmağı və Ukrayna dövlətinə sadiq qalmağı xahiş edirlər.

Xatırladaq ki, “Abver” avtomatçılarla birgə Qorlovkanın merini istefa haqqında ərizə yazmağa məcbur edən şəxsdir. (anspress.com)