
Manisanın Soma rayonunda baş verən mədən faciəsi nəticəsində ölənlərin sayı 282 nəfərə çatıb. Lakin faciə qurbanlarının sayının 400 nəfər qədər arta biləcəyi təhlükəsi var. Çünki daha 120 insanın təcrid olunmuş vəziyyətdə qaldığı dəqiqləşib.
Türkiyə hökuməti ölənləri toplu dəfn edəcəyinə qərar verib.
Faciənin baş verdiyi ərazidə axtarış işləri davam etdirilir. Hazırda dağıntılar altında qalanların ailələri burada gözləyir. Zaman keçdikcə, dağıntılar altında qalanların sağ qalma ehtimalı sıfıra enir. Hazırda mədəndə qalanların sayı 300-400 nəfərdir. Bu partlayışda həlak olanların böyük əksəriyyəti gənclərdir.






