Prezidentin atası hələ də fabrikdə işləyir

Türkiyə Prezidenti Abdullah Gülün atası Əhməd Həmdi Gül elektrik dirəyi və mebel satan fabrikdə işləyir.   “Axar.az” xəbər verir ki, prezidentin atası 1941-ci ildə çilingər kimi əmək fəaliyyətinə başlayıb. Təqaüdə çıxan Əhməd Həmdi Gül daha sonra kiçik oğlu Məcid Gül və digər ortaqları ilə bir fabrik satın alıb. İndi də həmin fabrikdə işləyir. “Oğlun prezidentdir, niyə işləyirsən?” – sualına cavab olaraq Əhməd bəy  oğullarına möhtac olmaq istəmədiyini və işləməyin də ibadət olduğunu dilə gətirib.