Axşamdan etibarən yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən, Bakı-Sumqayıt yolunun 6-cı kilometrindən 11-ci kilometrinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.


