Pərviz Həşimlinin müdafiə çıxışı yayıldı

Jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin vəkili Elçin Sadıqov sosial şəbəkədə hüquqlarını qoruduğu şəxsin müdafiə çıxışını yayıb. Çıxışı diqqətinizə çatdırırıq: “Hörmətli Məhkəmə!

1. Daha bir saxta və siyasi ittihamlar üzrə “məhkəmə istintaqı”nı tamamladınız. İlk gündən ittiham mövqeyi tutan, müdafiə tərəfinin təqdim etdiyi vəsatətlərin heç birini təmin etməyən məhkəmənin hansı qərar verəcəyi də tamailə bizə aydındır. Biz başa düşürük ki, qərarları əslində məhkəmə vermir, məhkəmə siyasi qaydada müəyyən edilmiş qərarı hökm şəklinə salıb elan etmək vəzifəsini daşıyır. Bu məqsədlə məhkəmə bizim vəsatətlərimizin heç birini təmin etmədi ki, gələcəkdə öz qanunsuz və əsassız hökmünü pərdələməyə və ittihamedici sübutların saxta olduğunu gizlətməyə çalışırdı. Belə məhkəmələri çox görmüşük

2. İttihamın tam saxtalığını sübut etmək üçün əvvələ qayıtmaq zəruridir. Belə ki, Pərviz Həşimov (Pərviz Həşimli) həbs olunana qədər “Bizim Yol” qəzetinin Milli Məclisdə akreditə olunmuş parlament müxbiri işləyirdi. O eyni zamanda “Moderator.az” internet qəzetin təsisçisi və baş redaktoru idi. Pərviz həmçinin müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvüdür. Himayəsində beş yaşlı qızı, həyat yoldaşı və ahıl yaşına çatmış ata-anası var. Ailəsinin yeganə gəlir gətirən şəxsidir. Indiyə qədər cinayət məsuliyyətinə cəlb edilməyib. Onun yeganə silahı və çörək ağacı qələm olub. Çörəyini jurnalistlikdən çıxarıb. Təbiidir ki, jurnalist peşəsi Azərbaycanda ən təhlükəli peşə hesab edilir. Azərbaycan həbsxanalarında onlarla jurnalist var. Jurnalist peşəsi o qədər arzuolunmaz peşədir ki, hətta onları öldürənlər belə məsuliyyətə cəlb edilmir. Bir sözlə Azərbaycanda jurnalistləri həbs etmək, döymək, təqib etmək və hətta öldürmək də olar. Pərviz Həşimlinin də həbsinin önündə onun jurnalist olması bu yöndə MTN əleyhinə yazılar yazması, Əli Nağıyev və Vəli Nağıyevlə dost olması, eyni zamanda deputat Cavid Qurbanovla həmyerli olub, AXCP-nin Ali Məclisinin üzvü olması durur.

3. P.Həşimovun həbsi yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarında böyük narahatlıq doğurdu. Ölkədə tanınmış 53 jurnalist birgə bəyanat verərək bildirdi ki, Pərviz Həşimovnin həbsi birbaşa hakimiyyət nümayəndələrini tənqid etdiyinə görədir . ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic 27 sentyabr 2013-cü il tarixdə Azərbaycan hakimiyyətini jurnalistlərin “təqib olunmasını dayandırmağa” çağıraraq qeyd etdi ki, Bizim Yol qəzetinin jurnalisti Pərviz Həşimli və P.S Nota qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə qarşı irəli sürülən ittihamlar barədə narahatlığını bildirdi. ATƏT 2013-cü ildə Azərbaycanda keçirilmiş prezident seçkisi ilə əlaqədar yekun rəyini elan edərkən P.Həşimovun həbs edilməsini mediaya basqılar kimi qiymətləndirdi . Dünyanın ən nüfuzlu hüquq müdafiə təşkilatı olan “Amnesty İnternational” Təşkilatı Həşimovu vicdan məhbusu elan etdi. 

Pərviz Həşimovun həbsi və ona işgəncələr verilməsi

4. 2013-cü ilin oktyabrında keçirilməsi planlaşdırılan Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində artan siyasi çəkişmələr zamanı Pərviz Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşları tərəfindən bir neçə dəfə təqib və təyziqlə üzləşdi. Pərviz daimi izləndiyini hiss etdi. Bununla bağlı ABŞ-ın Azərbaycandakı Səfirliyinə və AR Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə yazılı müraciət etdi. 

Üstəlik, MTN-nin Antiterror Mərkəzinin rəis müavini cənab İlqar Əliyev P.Həşimova hakimiyyətdə təmsil olunan müəyyən şəxslərdən pul alıb AXCP sədri Əli Kərimliyə ötürdüyü barədə məlumatlara malik olduqlarını, Pərviz Həşimov Ə.Kərimlinin ölkədə qeyri-sabitlik yaratmaq istəməsi barədə ifadə verməsə onu həbs edəcəkləri ilə hədələdi. 

5. Pərviz bu hədədən sonra daha ciddi müşahidə altında olduğunu hiss etdi, hətta yaşadığı evə girə biləcəklərindən, təxribat üçün evinə, avtomobilinə və iş yerinə nəsə (narkotik, silah və s) qoya biləcəklərindən ehtiyat etməyə başladı. O yaşadığı evdə təhlükəsizlik kameraları yerləşdirdi. 

6. 2013-cü ilin sentyabr ayının əvvəllərində Pərvizə tanımadığı, Təvəkgül adlı şəxs zəng etdi, “köhnə cəbhəçi” olduğunu dedi. Oğlunun Azərbaycan İqtisad Universitetində oxuduğunu bildirdi və dedi ki, oğlunun semestr imtahanları üçün rüşvət istəyirlər, bir jurnalist kimi kömək etməsini xahiş etdi. Pərviz Həşimov onda sübutlar olub-olmadığını soruşdu və bildirdi ki, bu xəbəri araşdıracaq və yazacaq. Sonralar o dəfələrlə Pərviz Həşimova zəng etdi, lakin rüşvətlə bağlı Pərviz Həşimov hər hansı əhəmiyyətli sübut tapmadığından yazı hazırlamadı. Həmin şəxsin israrla Pərviz Həşimova Gəncə sovqatı göndərmək istəməsinə baxmayaraq Pərviz Həşimov onun bu xahişlərini rədd etdi.

7. 2013-cü il 17 sentyabrda saat 15.13-də Təvəkgül yenidən zəng etdi. Pərviz Həşimov “Bizim yol” qəzetinin redaksiyasında idi. O görüşməkdə israr etdi. Pərviz Həşimov onu qəzetin redaksiyasına dəvət etdi. O tələsdiyini və təcili Gəncəyə getməli olduğunu deyib bir neçə dəqiqəliyə redaksiya binası qarşısında görüşməyi xahiş etdi. Pərviz Həşimov redaksiyadan çıxıb binanın qarşısına gəldi. Bu zaman qara maskalı, silahlı şəxslər onu tutdular, qollarını arxadan burub yerə yıxdılar. Onlardan biri ayağı ilə Pərviz Həşimovnin boynunu yerə sıxdı, qollarını arxadan qandallayıb, başına torba keçirdilər. Orada dayanmış avtomobilə mindirdilər. Bir qədər gedəndən sonra onu avtomobildən endirdilər, başından torbanı çıxardılar. Bütün bunları Təvəkgül Qurbanov təsdiq edərək bildirdi ki, o ilkin izahatını təsdiq edir və P.Həşimov avtomobildə oturarkən yaxalanmayıb o, eşikdə tutulub.

Pərviz Həşimov MTN-in həyətində olduğunu anladı. Həmin vaxt Təvəkgül adlı şəxs pərvizə tərəf irəliləyərək silahları bu sifariş vermişdi, Əli Kərimlinin müşaviridir dedi. Məhkəmə qərarı olmadan Təvəkgülün avtomobilində axtarış və götürmə aparıldı. Bu axtarış və götürmə müstəntiqin qərarı ilə deyil kamal Rəsulzadə adlı MTN əməliyyatçısının qərarı ilə həyata keçirildi. Güya oradan silahlar tapıldı. Məhkəmədə şahid qismində ifadə vermiş şəxslər bildirdilər ki, avtomobilin hər yerinə baxıldı və axtarış aparıldı. Avtomobilin hər-yerinə baxış keçirildiyi halda axşam gecə saatlarında yenidən “axtarış və götürmə” aparılır və güya oradan pul və şəkillər olan konvert tapılır. 

8. Pərviz Həşimovu MTN binasında bir otağa apardılar. Orada MTN-nin istintaq idarəsinin rəis müavini cənab Sahib Ələkbərov Pərviz Həşimovdan “silahları Əli Kərimliyəmi gətirmişdin?”- deyə soruşdu. Bundan sonra Pərviz Həşimova psixoloji və fiziki işgəncə və təyziqlər edilərək ondan silahları Əli Kərimli üçün gətirməsi barədə ifadə almağa çalışdılar. Pərviz Həşimov dindirən şəxslər onun üzərinə qışqırır, söyüşlər söyür, onu təhqir edir, zorlamaqla hədələyirdilər. Şapalaqla başına, üzünə və yumruqla və dizləriylə qarın boşluğuna vururdular. Pərviz Həşimovdan MTN-nin keçmiş nazir müavini Əli Nağıyevin və Azəryolservis ASC-nin sədri Cavid Qurbanovun Pərviz Həşimov vasitəsilə Əli Kərimliyə pul ötürməsini, silahları Əli Kərimlinin sifarişi ilə onun üçün gətirdiyini etiraf etməsini tələb edirdilər. Ondan həmçinin MTN-ni tənqid edən yazılarını Əli Nağıyevin sifarişi ilə yazdığını etiraf eləməsini tələb edirdilər. Pərviz Həşimov bildirdi ki, Əli Nağıyevin qardaşı Vəli Nağıyevlə dostluq münasibəti vardır. Cənab Cavid Qurbanovla ünsiyyət saxlayır. Həmin şəxslərin Əli Kərimliyə pul ötürmələri barədə onda heç bir məlumatı yoxdur. 

9. Pərviz Həşimova ailəsinə və vəkilinə zəng etməyə icazə vermədilər. Müstəntiq ona özü vəkil təyin etdi. Pərviz Həşimov həmin vəkildən imtina etdi, lakin onun bu imtinası nəzərə alınmadı.

10. Pərviz Həşimova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci (silah qaçaqmalçılığı) və 228.2.1-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət ittihamları irəli sürüldü. İttihama əsasən guya Pərviz Həşimov Təvəkgül adlı şəxslə əlbir olaraq İran İslam Respublikasından Azərbaycana qaçaq yolla silah gətiriblər. Guya Təvəkgül 2013-cü il 17 sentyabrda Hüseyn adlı İran vətəndaşı ilə görüşüb, ondan silahları götürüb, elə həmin gün Pərviz Həşimovyə verərkən hər ikisi tutulublar. Çox maraqlı cəhət ondan ibarətdir ki, MTN tərəfindən qoyulmuş və sonra aşkar edilmiş silahların İrandan gətirilməsi ilə bağlı iş materiallarında heç bir sübut yoxdur. İstintaq belə nəticəyə silahların fars dilində qəzetlərə bükülməsini və Təvəkgülün silahların İrandan keçirilməsi barədə gümanların əsaslanıb. Məhkəmədə sualıma əsasən Təvəkgül bildirib ki, onda silahların İrandan keçməsinə dair heç bir sübut yoxdur. İran qəzetlərinin parçalarını Azərbaycanda əldə etmək olmurmu? Üstəlik həmin silahlar siqnal tipli silahlardır. Həmin silahlar xüsusi xidmət orqanlarına verilir. Həmin sliahların nömrə ardıcıllığı onu göstərir ki, silahlar xüsusi xidmət orqanına hansısa sifariş əsasında nömrə ardıcıllığı ilə təhvil verilib. Qara bazarda silahların nömrə ardıcıllığını bu qədər uyğun gəlməsi mümkün deyildir. 

Iş materiallarından görünür ki, MTN-nin əsas məqsədi cinayətlərin üstün açmaq yox, P.Həşimovu şərləməkdir. Belə ki, iş materiallarından görünür ki, MTN-nin Təvəkgüllə Hüseynin Biləsuvar ərazisində görüşmələrindən xəbəri tam şəkildə olub. Əgər həqiqətən MTN-nin məqsədi cinayətin üstünün açılması olsaydı o zaman MTN əməliyyat keçirərək silah alveri ilə məşğul olan Təvəkgülü və Hüseyn adlı şəxsi həbs edə bilərdi və silahlar həqiqətən Pərviz üçün gətirilirdisə o zaman Pərvizi də həbs etmək imkanı ola bilədri. Bu onu göstərir ki, ya Hüseyn və Rza adlı şəxs uydurmadır, yada ki, MTN-nin onları ifşa etmək niyyəti açıq-aşkar yoxdur.

İş materiallarından görünür ki, MTN-nin İstintaq İdarəsinin rəis müvaini Təhsin Ağayev heç bir məhkəmə qərarı olmadan P.Həşimovun telefon danışıqlarını Baksell MMC-dən əldə edib. Bu onu göstərir ki, MTN-nin istənilən şəxsin mobil telefon danışıqlarını lədə etmək imkanı vardır və mobil oöeratorlar MTN-ə həmin telefon danışıqlarını məhkəmə qərarı olmadan verir. Hesab edirik ki, Təvəkgül Qurbanovla Rza adlı şəxsin uydurma danışıqları məhz MTN-də yazılıbdır. Ona görə ki, həmin telefon danışıqlarının mətni bizim ibtidai istintaq zamanı tanış olduğumuz mətnlə eyni deyildir və istintaq həmin danışığın mətnini dəyişdirmişdir. Qeyd edilməlidir ki, bunları etmək üçün MTN-nin kifayət qədər texniki imkanları vardır.

Pərviz Həşimovnin iş yerlərində, evində və avtomobilində axtarış və götürmə 

11. Pərviz Həşimov tutulub qandallanarkən çibində olan hər şeyi, o cümlədən mobil telefonunu və avtomobilinin açarlarını götürdülər. MTN işçiləri Pərviz Həşimovnin avtomobilini də MTN-ə apardılar. Sonra avtomobilində axtarış keçirib orada olan bütün səndələri, informasiya daşıyıcılarını götürdülər. 2013-cü ilin dekabr ayında Pərviz Həşimovun avtomobilini ailəsinə verdilər. 

12. 2013-cü il 17 sentyabrda saat 17.00-da istintaq qrupunun müstəntiqi və əməliyyatçılar Pərviz Həşimovnin işlədiyi “Bizim Yol” qəzetinin redaksiyasında axtarış və götürmə apardılar. Burada Pərviz Həşimova məxsus olduğunu güman etdikləri bütün əşyaları, məktubları, bloknotları, qeydləri, vizit kartlarını, CD diskləri, flash kartları, kompüterləri, noutbuku və başqa bütün informasiya daşıyıcılarını götürdülər. Bu axtarış üçün zəruri olan məhkəmə qərarı təqdim etməyiblər. Axtarış və götürmə müstəntiqin qərarı əsasında aparılıb.

13. Bunun ardınca elə həmin gün saat 19.00-da “Moderator.az” internet qəzetinin redaksiyasında axtarış aparıb bütün kompüterləri, CD-ləri, məktubları, qeydləri və bütün başqa informasiya daşıyıcılarını götürdülər. Burada da axtarış və götürmə aparılması üçün məhkəmə qərarı yox idi. 

14. 17 sentyabr 2013-cü il tarixdə, Pərviz Həşimov həbsdə olarkən, saat 22.30-23.00 arası 25-30 nəfər maskalı və silahlı şəxslər Pərviz Həşimovnin ailəsinin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni Yaşayış massivi 1 ünvanında yerləşən evinə basqın etdilər. Evdə Pərviz Həşimovnin həyat yoldaşı və 5 yaşlı qızı var idi. Silahlı şəxslər özlərini təqdim etmədən evin pəncərəsinin dəmir çərçivəsini xüsusi alətlə kəsib pəncərədən evə giriblər. İlahə Həşimova qaçaraq 5 yaşlı qızını qucağına alıb. Silahlı şəxslər evin hamamının qarşısında onların qabağını kəsərək üzərlərinə silah dirəyib, qışqıracaqları və ya hər hansı hərəkət edəcəkləri təqdirdə atəş açacaqları ilə hədələyiblər. Uşaq ağlayaraq yalvarıb ki, onları öldürməsinlər. Daha sonra həmin şəxslər evin qapısını içəridən açıblar. İçəri girən şəxslər evi ələk-vələk edib axtarış aparmağa başlayıblar. Evdə olan bütün kompyüter, noutbuk, planşet, mobil telefon aparatlarını, məktubları, kağızları, CD-ləri, və.s. bütün informasiya daşıyıcılarını götürüblər. Silahlılar həyətə girən kimi evdəki təhlükəsizlik kameralarının sındırıb özləriylə götürüblər. İçəri girdikdən sonra isə təhlükəsizlik kamerasının aparatını və yaddaş kartını götürüblər. Məhkəmə hamin akrtın alınması barədə vəsatətlərimizi təmin etmədi. 

15. Pərviz Həşimovnin həyat yoldaşı və qızı silahı şəxslər tərəfindən xəbərdar edildiyindən hamamın qabağından tərpənməyiblər. Onlar axtarış və götürmənin necə keçirildiyini müşahidə edə bilməyiblər. Axtarışa gələn şəxslər evdə divanın altından uşaq oyuncaqlarının içərisindən “Makarov” markalı tapança və yeddi ədəd patron tapdıqlarını deyiblər. Daha sonra həmin şəxslər həyətdəki kiçik anbara girib və oradan beş ədəd F1 əl qumbarasını alışdırıcı ilə birlikdə tapdıqlarını deyiblər. 

Bununla bağlı hal şahidləri bildirdilər ki, axtarış və götürmə aparılan zaman onlara hüquq və vəzifələri izah edilməyib, sadəcə olaraq bildirilib ki, nəyi görüblər onu da yazsınlar. Silahlar aşkar edilən zaman onlar müstəntiqin yanında olmayıblar, silah tapılıb çıxarıldıqdan sonra onlara göstərilib. Qumbara olan anbara girməyə icazə verməyiblər qumabara çıxarıldıqdan sonra anbara çağırılıblar və onlara anbarda qumbaralar aşkar edildiyi bildirilib.

Pərviz Həşimovun məhkəməyə aparılması və həbsi barədə məhkəmə qərarı 

16. 18 sentyabr 2013-cü il tarixdə, günorta saatlarında maskalı şəxslər Pərviz Həşimovni MTN binasında saxlanıldığı təkadamlıq kameradan çıxarıb başına qara torba keçirdilər, qollarını arxadan qandalladılar. Pərviz Həşimov ətrafı görmədiyi üçün onu aparan adamların addımları ilə uyğunlaşa bilmirdi, onu demək olar ki, sürüyürdülər. Sonra avtomobilə oturtdular. Bir müddət gedəndən sonra avtomobildən endirdilər, hansısa binaya girdiklərini hiss etdi. Otaqda başındakı torbanı çıxartdılar. Pərviz Həşimov məhkəmə binasında olduğunu gördü. Pərviz Həşimov və vəkili Pərviz Həşimovyə qarşı belə qeyri-insani və ləyaqəti alçaldan rəftar barədə Səbaıl Rayon Məhkəməsinə (SRM) məlumat verdi, bunu Pərviz Həşimovni qorxutmaq, psixoloji müqavimətini qırmaq üçün edildiyini bildirdi. İşə baxan hakim məhkəmə iclasında Pərviz Həşimovnin hər iki tərəfində duran qara maskalı şəxslərin kimliyini belə müəyyənləşdirmədi. Pərviz Həşimovnin xahişi ilə bağlı hakim sadəcə MTN əməkdaşlarına bildirdi ki, Pərviz Həşimovni məhkəməyə bir daha bu üsulla gətirməsinlər. Pərviz Həşimov ona qarşı bu davranışdan və SRM-də işə baxan hakimin Pərviz Həşimovnin bu barədə şikayətindən özünün sonrakı şikayətlərində də məlumat verdi.

17. Məhkəmədə Pərviz Həşimovni əhatə edən maskalı şəxslər Pərviz Həşimovnin vəkiliylə konfidensial ünsiyyət saxlamasının qarşısını aldılar. Onlar bildirdilər ki, vəkiliylə konfidensial ünsiyyət imkanı yalnız istintaq təcridxanasında verilə bilər. Məhkəmə iclas zalında belə imkan yaradılması hüququ yoxdur. Pərviz Həşimov və vəkili hakimə müraciət edərək işə baxılmazdan əvvəl qısa müddətdə də olsa onlara ünsiyyət imkanı verilməsini xahiş etdilər. Vəkil məhkəməyə bildirdi ki, onun müdafiə etdiyi şəxslə görüşmək imkanı olmayıb. Konfidensial qısa görüş onlara müdafiəyə hazırlaşmaq üçün çox vacibdir. Hakim belə imkan yarada bilməyəcəyini bildirdi. 

18. Pərviz Həşimov və vəkili SRM-dən prokurorun təqdimatını və əsaslı şübhələrin varlığını sübut edəcək iş üzrə toplanmış sübutları tanış olmaq üçün verməsini xahiş etdi. Pərviz Həşimov bildirdi ki, bu müdafiənin öz arqumentlərini hazırlaması üçün gərəklidir. SRM bunu təmin etməkdən imtina etdi. 

19. SRM qərarını tamamilə prokurorun təqdimatı ilə əsaslandırdı. Pərviz Həşimov bildirdi ki, onun həbsi üçün əsaslı şübhələrin mövcud olduğunu ifadə edən hər hansı sübut yoxdur. O SRM-dən xahiş etdi ki, əsaslı şübhələrin varlığını göstərən ən azı minimal sübutları müstəntiqdən tələb edib alsın, onları məhkəmə araşdırmasının predmetinə çevirsin. Pərviz Həşimovyə belə ehtimallar və sübutlar haqqında öz müdafiəsini təqdim etməyə imkan yaratsın. Pərviz Həşimov habelə bildirdi ki, onun azadlıqda qalarsa məhkəmədən və istintaqdan qaçıb gizlənə biləcəyini, istintaqın gedişinə mane olacağını güman etməyə əsas verən hallar təqdim olunsun və müzakirə olunsun. Pərviz Həşimov bildirdi ki, belə hallar yoxdur. 

20. Səbail rayon Məhkəməsi (SRM) müstəntiqin vəsatəti və prokurorun təqdimatına əsaslanaraq Pərviz Həşimovnin məhkəməyəqədər iki ay həbsdə saxlanması qərarı verdi. (bax: Əlavə 10) SRM həbs qərarının əsasında duran haları sübut edən hər hansı faktlar irəli sürmədi, qərarını prokurorun vəsatətindən götürdüyü, heç nə ilə sübut olunmayan ümumi standart ifadələrlə əsaslandırdı: “Təqsirləndirilən şəxs Həşimov Pərviz Kamran oğlunun şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini, azadlıqda qalarsa, istintaq və məhkəmədən qaçıb gizlənə biləcəyini, ibtidai istintaqın normal gedişinə mane ola biləcəyini və istintaqdan yayına biləcəyini nəzərə alaraq hesab edirəm ki, onun barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət… əsaslıdır”. 

21. Pərviz Həşimovnin məhkəməyə ləyaqəti alçaldan üsullarla davranılaraq gətirilməsi, MTN-in binasında yerləşən istintaq təcridxanasında saxlanma şəraitinin qeyri-insani olması, orada Pərviz Həşimovnin daim istintaq aparan MTN-in nəzarətində olması, orada onunla qeyri insani davranılması barədə şikayətlərini SRM nəzərə alınmadı. Pərviz Həşimovnin həbsdə MTN-in İstintaq təcridxanasında deyil, Bakı şəhəri İstintaq Təcridxanasında saxlanmaq xahişi də müzakirə olunmayaraq rədd olundu.

22. Pərviz Həşimov SRM-dən MTN-ə də həmin maskalılar tərəfindən eyni qaydada aparıldı 

23. 20 sentyabr 2013-cü ildə Pərviz Həşimov SRM-in həbs qərarından apellyasiya şikayəti verdi. SRM-in 18 sentyabr 2013-cü il qərarını ləğv etməyi, Pərviz Həşimovni həbsdən azad etməyi xahiş etdi. 

24. Yuxarıda §§16-19-dakı fakt və arqumentləri təkrar edən Pərviz Həşimov bildirdi ki, onun həbsi üçün əsaslı şübhə yoxdur, cinayət işi qondarmadır. Məqsədi Pərviz Həşimovni jurnalist və müxalif siyasi fəaliyyətinə görə cəzalandırmaq, Pərviz Həşimovnun əlaqəsi olduğu bəzi vəzifəli şəxslər və siyasi qruplara qarşı ondan hədə-qorxu altında ifadələr almaqdır.

25. Pərviz Həşimov bildirdi ki, ona qarşı ittihamların açıq-aşkar qondarma olduğunu və məhz MTN-in özü tərəfindən qondarıldığını aşağıdakı fakt da sübut edir. MTN Təvəkgülün və onunla əlaqədə olan şəxslərin telefon danışıqlarına qulaq asdığını, 17 sentyabr 2013-cü ildə saat 12.00-da guya Təvəkgülün Hüseyn adlı İran İslam Respublikasının vətəndaşı olan şəxslə Azərbaycanın İranla sərhəd Biləsüvar rayonu ərazisində görüşünün təyin olunması barədə telefon danışıqlarını dinləyib. MTN-in iddiasına görə həmin görüşdə Təvəkgüldən tapıldığı, guya onun Pərviz Həşimovyə vermək üçün gətirdiyi iddia edilən həmin silahları guya Hüseyn sərhədi keçirərək Azərbaycan ərazisində, Biləsüvarda Təvəkgüllə görüşüb ona verib. Bu görüşlə bağlı əvvəlcədən məlumatı olduğunu iddia edən MTN Hüseyn adlı şəxsi nədən həbsə almadığını, sadəcə Təvəkgüllə Pərvizin həbs etdiyini izah etməyib. Pərviz Həşimov bildirdi ki, Təvəkgül adlı şəxs MTN-in öz adamıdır və Pərviz Həşimovyə qarşı qurama işdə ondan istifadə edilmişdir. (bax Əlavə 13)

26. Pərviz Həşimov habelə saxlanma şəraiti, onunla MTN-də qeyri-insani rəftar olunması, məhkəməyə ləyaqəti alçaldan və psixoloji müqaviməti qırmağa hesablanmış üsullardan istifadə etməklə gətirilib-aparılması, ailəsiylə görüşə və yazışmaya icazə verilməməsi, vəkillə görüşə maneə yaradılması barədə də şikayətlərini bildirdi. Pərviz Həşimov bildirdi ki, onun MTN-nin istintaq təcridxanasında saxlanılması onun üçün təhlükələr yaradır. İstintaqı MTN özü apardığından Pərviz Həşimovun daim bu qurumun nəzarəti altında saxlanması ona psixoloji təzyiq və işgəncə üçün imkanlar yaradır. 

27. Pərviz Həşimov bildirdi ki, MTN tərəfindən tutulması və həbsi barədə SMR-nin qərarı onun Konvensiyanın 3-cü və 5-ci maddəsi ilə verilən azadlıq və toxunulmazlıq hüquqlarının pozulmasıdır. 

28. Bakı Apellyasiya Məhkəməsi (BAM) 26 sentyabr 2013-cü il tarixdə Pərviz Həşimovun apellyasiya şikayətinə baxdı və apellyasiya şikayətini təmin etmədən SRM-nin 18 sentyabr 2013-cü il tarixli qərarını qüvvədə saxladı. 

29. BAM Pərviz Həşimovnin həbsiylə bağlı SRM-in qərarının qanuna zidd və əsaslandırılmamış olması, Pərviz Həşimovnin arqumentlərinin müzakirə olunmaması və nəzərə alınmaması, yalnız ittiham tərəfinin sübut edilməyən, ehtimalları ilə əsaslandırılması və tərəflərin bərabərliyi hüququnun açıq aşkar pozulması, Pərviz Həşimova işgəncə veriməsi, onu ləyaqətinin alçaldılmasıyla bağlı şikayətlərinin müzakirə olunmaması barədə şikayətdə göstərdiklərini müzakirə etmədi. Bunlara heç bir cavab vermədi. Sadəcə hər hansı əsaslandırma aparmadan SRM-in qərarını təkrar etdi. 

30. Pərviz Həşimov BAM-a da ləyaqəti alçaldan üsulla gətirildi. Onun əlləri saxlandığı kamerada arxadan qandallanaraq başına qara torba geydirildi. Onu sürüyə-sürüyə apardılar. Torbanı yalnız məhkəmə binasında açdılar. Pərviz Həşimovnin belə davranışla bağlı məhkəmə heyətinə şikayəti də cavabsız qaldı. Bu məhkəmə baxışı zamanı da Pərviz Həşimovyə vəkiliylə konfidensial ünsiyyət saxlamağa maskalı şəxslər imkan vermədilər. Məhkəmə heyətinə şikayətlər də nəticə vermədi.

Pərviz Həşimovyə vəkiliylə konfidensial ünsiyyət üçün görüş verilməməsi müdafiə hüququnun pozulması

31. Vəkili E.Sadıqov 20 sentyabr 2013-cü il tarixdə saat 15.00-da Pərviz Həşimovnin saxlandığı MTN-ə getdi, Pərviz Həşimov ilə görüş xahiş etsə də, görüşməyə icazə vermədilər. Bildirdilər ki, müstəntiq E.Sadıqovun Pərviz Həşimovnin vəkili olması barədə məktubu MTN-nin istintaq təcridxanasına verməyib. 

32. Vəkili Pərviz Həşimovni 18 sentyabr 2013-cü ildə SRM-də məhkəmə prosesi zamanı görüşüb danışa bilməməsiylə bağlı bax yuxarıda §17.

33. Eyni hal Pərviz Həşimovun işlərinə baxan sonrakı bütün məhkəmələrdə də təkrarlandı. Heç bir məhkəmə iclasında Pərviz Həşimovni vəkili ilə yanaşı oturmağa və məsləhətləşməyə qoymadılar. Pərviz Həşimov və vəkili işə baxan məhkəməyə konfidensial ünsiyyət saxlamaq barədə müraciət etdikdə məhkəmələr bildirirdilər ki, bu onların səlahiyyətində deyil, Pərviz Həşimovu məhkəməyə gətirən şəxslərin səlahiyyətində olan məsələdir, onlar müdaxilə edə bilməzlər. 

34. 19 sentyabr 2013-cü ildə müstəntiq öz iş otağında vəkili E.Sadıqovu Pərviz Həşimova təqdim etdi. Təqdimetmə barədə protokol yazıldı. Bu proses təxminən 5-10 dəqiqə çəkdi. Pərviz Həşimovnin vəkili 18 sentyabr 2013-cü il tarixdə Pərviz Həşimov barəsində həbs qətimkan tədbiri seçilərkən iştirak etdiyinə görə müstəntiq vəkilin təqdim edilməsi barədə protokolu 18 sentyabr 2013-cü il tarixə yazdı, Pərviz Həşimov və vəkili buna etiraz etmədilər. Pərviz Həşimov vəkili ilə konfidensial görüş istədiyini dedi. Müstəntiq cavabında bildirdi ki, istintaq təcridxanasında görüşə bilər, onun otağında belə görüş imkanı yarada bilməz. Beləliklə, həbsindən 2 gün keçdikdən sonra belə ona vəkili ilə konfidensial görüş imkanı verilmədi. 

35. 20 sentyabr 2013-cü il tarixdə saat 15.00-16.00 arası E.Sadıqov Pərviz Həşimov ilə görüşmək üçün MTN-ə gəldi. Amma ona Pərviz Həşimovylə görüşməyə qoymadılar. Bildirdilər ki, işi aparan müstəntiq E.Sadıqovun Pərviz Həşimovnin vəkili olması barədə məlumatı MTN-in istintaq təcridxanasına verməyib. Vəkilin bu imtinanın qanunsuz olması, onun Pərviz Həşimovnin vəkili olması barədə məlumatın SRM-in 18 sentyabr 2013-cü il tarixli həbs qərarında da əksini tapdığı və bu qərarın da MTN-nin istintaq təcridxanasında olması barədə arqumentləri nəticə vermədi. Vəkilin Pərviz Həşimov ilə görüşə icazə vertilməməsinin qanunsuz olması barədə bəyanatı hətta mətbuatda da dərc edildi. 

36. Həftə sonları MTN-də vəkillə görüşə icazə verilmədiyindən E.Sadıqov 23 sentyabr 2013-cü il tarixdə yenə MTN-ə getdi. Pərviz Həşimov ilə görüşməyə cəhd etdi. Vəkilə yenə Pərviz Həşimov ilə görüşməyə icazə vermədilər. Bildirdilər ki, hal-hazırda Pərviz Həşimovni müstəntiqlər dindirir. Vəkilin Pərviz Həşimovni vəkilsiz dindirə bilməzlər deməsi də nəticəsiz qaldı. O, giriş qapısına gələrək istintaq qrupunun üvzləri olan müstəntiqlərə zəng etdi. Onlar telefon zənginə cavab vermədi. 

37. Pərviz Həşimov MTN istintaq təcridxanasında vəkiliylə 30 sentyabr 2013-cü il tarixdə görüşdü. İstintaq təcridxanasında Pərviz Həşimovun vəkilllə konfedensial görüşməsinə imkan yoxdur. Görüş otağında diktofon və video kamera quraşdırılıb. Söhbətin eşidilməməsi üçün Pərviz Həşimov vəkiliylə yazıyla ünsiyyət qurmağa məcbur olurdu. O demək istədiyini vərəqə yazıb vəkilinə verir, vəkil də ona demək istədiklərini yazıb göstərir ki oxusun. 

38. Lakin bu üsulun da konfidensiallığı təmin edə bilmədiyi tezcə ortaya çıxdı. İlk belə görüşdən sonra, 02 oktyabr 2013-cü il tarixdə vəkil təcridxanadan çıxarkən o axtarışa və götürməyə məruz qaldı. Ondan Pərviz Həşimovla konfidensial ünsiyyətdə etdiyi qeydləri alıb götürdülər. (Pərviz Həşimov bununla bağlı 03 oktyabr 2013-cü il tarixdə prezidendə, baş prokurora, vəkillər kollegiyasının sədrinə, milli təhlükəsizlik nazirinə və Ombudsmana da şikayət verdi. Amma heç bir cavab almadı. 

Hazırlıq iclası zamanı Ərizəçi məhkəmədə müstəqilliyin təmin edilməsi və məhkəmədə çıxışlarına hədə qorxu ilə senzura qoyulmasının qarşısını almaq üçün MTn-dən köçürülməsini tələb etsə də, məhkəmə bu vəsatəti təmin etmədi. Məhkəmə prosesləri zamanı da Ərizəçinin müdafiə hüququ pozuldu, vəkillərinin əlindən qeydləri məcburi qaydada alındı. Bütün bunlar məhkəmənin diqqətinə çatdırılsa da məhkəmə buna heç bir əhəmiyyət vermədi.

Pərviz Həşimova həbsdə saxlanarkən işgəncə verilməsi 

39. Pərviz Həşimov həbsdə olduğu bütün zamanda kamerada tək saxlanıb. Kamerada hava dəyişmə sistemi yoxdur, hər zaman boğanaq olur. Kameranin qapısı dəmirdəndir, ortada kiçik dəlik var. Azacıq hava gələ bilən həmin dəliyə nəzarətçi nəzarət edir və hər zaman bağlı saxlayır. Kamerada videomüşahidə kamerası var, daimi videomüşahidə aparılır. Otaqda işıq heç vaxt söndürülmür. Pərviz Həşimovu məcbur edirlər ki, işıqda yatsın. Bunu Pərviz Həşimovni daim müşahidə etmək ehtiyacıyla izah edirlər. Tualet kameranın içərisindədir. Havadəyişdirən sistem olmadığından kamera həmişə üfunət iylənir. Yemək stolu da həmin kameradadır. Kamerada divarın çox yuxarısında yerləşən şüşəsi boz rənglənmiş kiçik pəncərə var. Otağa gün işığı düşmür. 

40. Pərviz Həşimov bildirir ki, 23 sentyabr 2013-cü ildə günorta vaxtları bir neçə maskalı şəxslər onun kamerasına girdilər. Pərviz Həşimovnin başına qara torba keçirdilər və qollarını arxadan qandalladılar. Fiziki çox güclü olan həmin şəxslər Pərviz Həşimovnin qollarından elə tutub aparırdılar ki, ayaqları bəzən yerə dəymirdi. Beləcə bəzən göydə, bəzən sürüyərək Pərviz Həşimovni ona bəlli olmayan yerə apardılar. Pərviz Həşimov hiss edirdi ki, bir neçə dəfə pilləkənləri aşağı düşdülər, sonra qalxdılar, liftə mindirdilər. Bu təxminən bu 15-25 dəqiqə arası çəkdi. Torbada nəfəs almaq çətin idi. Pərviz Həşimov nəfəs çatışmazlığından boğulub öyüyürdü. Onu bir otağa gətirdilər, otağa girməzdən əvvəl hansısa generaldan icazə aldıqlarını eşitdi. Hiss olundu ki, onu hansısa generalın otağına gətiriblər. Sonra Pərviz Həşimovun başından torbanı çıxardılar. 

41. Pərviz Həşimov gördü ki, onu MTN Antiterror Mərkəzinin rəisi cənab Elçin Quliyevin yanına gətiriblər. Cənab E.Quliyev Pərviz Həşimovni təhqir etməyə başladı. Pərviz Həşimovni gətirən şəxsləri göstərərək: “bu ayıboğanlara göstəriş verəcəm ki, səni zorlasınlar”-dedi. Ondan tələb etdiki, silahları Əli Kərimli üçün gətirdiyini, Əli Nağıyevdən və Cavid Qurbanovdan Əli Kərimliyə pul ötürməsini etiraf etsin. Bunu etsə onu buraxacaqlar. Pərviz Həşimov adamlara böhtan ata bilməyəcəyini bildirdikdə onun ailəsini məhv edəcəkləri ilə hədələdi. Pərviz Həşimovni gətirən şəxslər Elçin Quliyevin göstərişi ilə Pərviz Həşimovnin qarın boşluğuna bir neçə yumruq vurdular. Ağrıdan o huşunu itirdi, yıxıldı. Üzünə su töküb ayıltdılar. Cənab E.Quliyev onun huşunu itirməsini simulyasiya (“artistlik”) etmək kimi qiymətləndirib, hədələdi ki, bir də belə artistlik etsə daha ağır cəzalanacaq. Sonralar Pərviz Həşimovni bir neçə dəfə eyni üsullarla cənab E.Quliyevin yanına gətirdilər və eyni təhqirlər və qeyri-insani davranışla ondan öz istədikləri ifadələri almağa çalışdılar.

42. Pərviz Həşimov MTN istintaq təcridxnasında ətraf aləmdən tam təcrid şəraitində saxlanıb. Ona ailəsi ilə görüş verilməyib, Pərviz Həşimovyə ailəsi ilə telefonla ünsiyyət saxlamaq imkanı da verilməyib. Pərviz Həşimov həyat yoldaşıyla ilk dəfə həbsindən bir neçə ay sonra, 2013-cü ilin dekabr ayının sonlarında 2 saat müddətində nəzarətçilərin iştirakı ilə görüşüb. Pərviz Həşimovyə gündəlik qəzetlər verilməyib, kamerada radio və televizor yox idi. Məhkəmədə belə halların qarşısının alınması üçün dəfələrlə vəsatətlər qaldırdılsa də məhkəmə bu vəsatətlərin heç birini təmin etmədi.

43. Pərviz Həşimov 4-5 dəfə kamerada huşunu itirərək özündən gedib, otağına təcili həkim gətiriblər, Pərviz Həşimovni həkim ayıldıb. Həkim bunları Pərviz Həşimovnin psixoloji durumu ilə izah edib, Pərviz Həşimovnin gözlərində, ürəyində ciddi ağrılılar yaranıb, Pərviz Həşimov keçirdiyi psixoloji gərginliklərdən dişlərində də ağır ağrılar yaranıb və dişlərinin bir neçəsi MTN-nin poliklinikasında əməliyyat üsulu ilə çıxarılıb. 

Həbsdən ev dustaqlığı və ya girovla azad etmə barədə vəsatət

44. Pərviz Həşimov barəsində seçilmiş həbsin ev dustaqlığı və ya girov qətimkan tədbirləri ilə əvəz edilməsi barədə vəsatət verdi. Vəsatətində Pərviz Həşimov bildirdi ki, barəsində çıxarılmış həbs qətimkan tədbiri üçün əsas gətirilmiş halları önləyə bilən təminatlar verməyə hazırdır. Pərviz Həşimov xahiş etdi ki, ya ev dustaqlığı tədbiri görülməklə və ya lazımi girov qarşılığında o azad edilməlidir. SRM 04 oktyabr 2013-cü ildə Pərviz Həşimovnin vəsatətini təmin etmədi.

45. SRM Pərviz Həşimovnin ev dustaqlığına verilməsi və ya girov qarşılığında azad edilməsini hansı səbəbdən onun həbsi üçün əsas kimi götürülmüş hallardan təminat vermədiyini izah etmədi. Sadəcə ümumi ifadələrlə dedi ki, SMR-nin 18.09.2013-cü il tarixli qərarına əsas olmuş hallar aradan qalxmayıb və bu səbəbdən vəsatət təmin edilməməlidir. SRM Pərviz Həşimovnin təqdim etdiyi təminat tədbirlərinin hansı səbəbdən həbs üçün əsas sayılan hallardan nə üçün təminat verib-vermədiyini izah etmədi. 

46. Pərviz Həşimov SRM-nin bu qərarından apellyasiya şikayəti verdi. Pərviz Həşimov qeyd etdi ki, həbsdə saxlanılması üçün heç bir qanuni və faktiki əsas yoxdur. SRM-in 04 oktyabr 2013-cü il qərarı ləğv edilməli və həbsin ev dustaqlığı və ya girovla əvəz edilməsi barədə vəsatət təmin edilməlidir. 

47. Pərviz Həşimov bildirdi ki, SRM-in vəsatəti rədd edən qərarı əsaslandırılmayıb, SRM Pərviz Həşimovnin təklif etdiyi həbsdən azad edilmə üçün təminat tədbirlərinin yetərli olub-olmamasını müzakirə etməyib, qərar verərkən bunları nəzərə almayıb. Sadəcə həbs üçün əsas olmuş hallar hələ aradan qalxmayıb deyərək əslində Pərviz Həşimovnin vəsatətinin mahiyyətindən uzaq qərar qəbul edib. Çünki Pərviz Həşimov həbs üçün əsasların aradan qalxmasına görə azad edilməsini yox, məhz həbs üçün həmin əsasları aradan qaldıran təminatlar – ev dustaqlığı və ya girov qarşılığında azad edilməsini istəmişdi. 

48. BAM 11 oktyabr 2013-cü ildə şikayəti rədd etdi. (bax Əlavə 20) Qərarda göstərilir ki; “Təqsirləndirilən şəxs Həşimov Pərviz Kamran oğlunun həbsdə saxlanılması üçün AR CPM-nin 155.1-ci maddəsində nəzərdə tutulan əsaslardan – cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətmək, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzürlü səbəblər olmadan gəlməmək və ya cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırmaq kimi ehtimalların və əsasların mövcud olmasını nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən şəxs Həşimov Pərviz Kamran oğlu barəsində seçilmiş “həbs” növündə qətimkan tədbirinin “ev dustaqlığı” və “girov” qətimkan tədbiri ilə əvəz edilməsindən imtina etmişdir”.

Həbsin müddətinin uzadılması

49. 07 noyabr 2013-cü ildə SRM Pərviz Həşimovnin məhkəməyəqədər həbs müddətinin daha üç ay yəni, 17 fevral 2014-cü il tarixədək uzadılması barədə müstəntiqin vəsatətinə və prokurorun təqdimatına da baxdı və onu təmin etdi.

50. Ümumi standart ifadələrdən istifadə edən SRM konkret faktlara yox, ehtimallara əsaslanaraq qərar verdi. SRM Pərviz Həşimov bu ehtimalların baş verməsinə əsas ola biləcək heç bir arqument irəli sürmədi. SRM Pərviz Həşimov azadlıqda qalarsa cinayət prosesini həyata keçirən orqandan gizlənməsi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın və məhkəmə baxışının normal gedişinə mane olacağı, cinayət təqibini həyata keçirən orqanın çağırışlarına üzürlü səbəb olmadan gəlməyəcəyi və ya digər yolla cinayət məsuliyyətindən və cəza çəkməkdən boyun qaçıracağını ehtimal etmək üçün kifayət qədər əsas olduğunu desə də bu əsasları isbat edə biləcək faktlar göstərmədi. SRM həmçinin Pərviz Həşimovyə istinad edilən əməlin xarakterini, törədilmə şəraitini və cinayət işinin mürəkkəbliyini nəzərə aldığını bildirdi. Lakin bu halları da məhkəmə baxışında araşdırmadı, qərarında onların nədən ibarət olduğunu demədi. 

51. Pərviz Həşimov bu qərardan 08 noyabr 2013-cü ildə apellyasiya şikayəti verdi.

52. BAM 14 noyabr 2013-cü ildə şikayətə baxdı və onu rədd etdi. Qərarda “SRM qərar qəbul edərkən Həşimov Pərviz Kamran oğlunun cinayət prosesini həyata keçirən orqandan gizlənməsi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın və məhkəmə baxışının normal gedişinə mane olacağı, cinayət təqibini həyata keçirən orqanın çağırışlarına üzürlü səbəb olmadan gəlməyəcəyi və ya digər yolla cinayət məsuliyyətindən və cəza çəkməkdən boyun qaçıracağını ehtimal etmək üçün kifayət qədər əsas olduğunu nəzərə almışdır.”- deyən BAM kifayət saydığı bu əsasların hansılar olduğunu bildirmədi. 

Məhkəmənin hazırlıq iclasında həbsin ev dustaqlığı və ya girovla əvəz edilməsi barədə vəstət qaldırsaq da məhkəmə həmin vəsatəti təmin etməmiş, üstəlik hazırlıq iclasının qərarında həbs qətimkan tədbirinin nə üçün qüvvədə saxlamasını heç nə ilə əsaslandırmamışdır.

Həmçinin qeyd edilməlidir ki, P.Həşimov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 17 fevral 2014-cü il tarixdə bitsə də, o hazırlıq iclasına qədər məhkəmə qərarı olmadan həbsdə saxlanıldı.

Hal şahidlərinin MTN-lə əməkdaşlıq etməsi.

53. Hal-şahidləri məhkəmədə dindirilərkən məlum oldu ki, həmin şəxslər MTN-lə əməkdaşlıq edən şəxslərdir. Konkret halda çox güman ki, agentura şəbəkəsidir. Belə ki, həmin şahidlər hətta bildirmişlər ki, axtarış və götrmədə iştirak etmək üçün onlara MTN-dən zəng edilib axtarış və götürməyə çağırıblar. 

54. İttiham tərəfi şahid Musayev İlqarın ifadəsini sübut kimi ittiham aktında təqdim etməmişdi. Musayev İlqarın ittiham aktına əlavə edilmədiyindən biz onun əlavə şahid qismində dindirilməsini tələb etdik, çünki ifadəsindən məlum oldurdu ki, o açıq aşkar P.Həşimovun əleyhinə yalan ifadə verib. Məhkəmə bizim bu vəsatətimizi təmin etməmiş, əksinə olaraq ittiham tərəfi həmin sübuta istinad etmədiyi halda Musayev İlqarın ifadəsini P.Həşimliyə qarşı ittihamedici mövqedə elan etmiş və ittiham tərəfi həmin sübuta istinad etmədiyi halda ittiham edici əlavə sübut icad etmiş və bu üsulla P.Həşimovun müdafiə hüququnu pozmuşdur.

Göstərilənlərə əsasən,

XAHİŞ EDİRİK

Həşimov Pərviz Kamran oğluna bəraət verəsiniz”.