Hadisə İbrahim Paşazadə küçəsi 68 ünvanında yerləşən çörək bişirmə sexində qeydə alınıb Binəqədi rayonunda partlayış baş verib. ANS PRESS-in məlumatına görə, hadisə İbrahim Paşazadə küçəsi 68 ünvanında ümumi sahəsi 250 kv.m olan yerləşən şirniyyat və çörək bişirmə sexində qeydə alınıb. Partlayış zamanı sexin bir hissəsi 16 kv.m sahədə dağılıb və 44 kv.m sahədə yanar konstruksiyalar yanıb.
Davamlı təkrarlanan partlayışın əsas səbəbi qaz sızması olub. Yanan ərazinin ümumi sahəsi 150 kv metr olub.
Hadisə nəticəsində ölən olmasa da sex işçilərindən 4 nəfər bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Xəsarət alanlardan 3-ü kişi, biri isə qadındır.
Hadisə yerinə Binəqədi və Nərimanov Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafisə xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.
Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.


