
2015-ci ildə Cənubi Koreyada keçirilməsi nəzərdə tutulan “Formula-1″ Qran Pri yarışı Bakıda keçiriləcək. Böyük Britaniyanın ”topgear.com” saytının yaydığı məlumata görə, bu barədə “Formula-1″ yarışlarının rəhbəri Bernard Ekklistoun açıqlama verib.
Bernard Ekklistoun bildirib ki, artıq bu istiqamətdə Bakı ilə razılaşma əldə olunub: “Düzdür, koreyalılar trassla bağlı bütün problemləri həll ediblər. Lakin onlar heç də zəruri olan bütün işləri görməyiblər”.
Məlumatda o da qeyd olunur ki, “Formula-1″ yarışları paytaxt Bakının ətraf ərazilərində keçiriləcək. Belə məlumatlar dolaşır ki, Bakıda hər il bu yarışın təşkili üçün Azərbaycan hökuməti 24 milyon funt sterlinq (40 milyon dollar) ödəməyə hazır olduğunu bildirib.
Informasiya şöbəsi


