Tiflisdə “NİDA”-çılara dəstək aksiyası keçirildi

Mayın 10-da Tbilisidə gürcü və azərbaycanlı gənclər Heydər Əliyevin büstünün qarşısında həbsdə olan NİDA-çılara dəstək aksiyası keçiriblər.

 Bu barədə məlumat və fotolar NİDA Vətəndaş Hərəkatının facebook səhifəsində verilib.

 Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi 8 NİDA-çı barədə hökm çıxarıb. Gənclərə 6 ildən 8 ilədək həbs cəzası verilib.

 NİDA-çılar ötən ilin mart-aprel aylarında həbs edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar. Gənclər ittihamları rədd edir, həbslərinin siyasi sifariş olduğunu bildirirlər.