Haqqın.az saytının məlumatlı mənbələrə istinadən yaydığı məlumata görə, həbs olunan keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin Novxanıdakı bağ evindən “Kalaşnikov” avtomatları və qumbaralar tapılıb. MTN əməkdaşları sabiq nazirin şəxsi maşınından tapança da götürüblər. Bu qədər silah-sursatın Nicat Quliyevin əlinə haradan keçdiyi məlum deyil.
Artıq Abşeron rayon məhkəməsində Nicat Quliyev barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. O, qanunsuz silah sazlamaqda ittiham olunur. Məlumatı sabiq nazirin vəkili Elton Quliyev verib.
Nicat Quliyev MTN-in təcridxanasında saxlanılır.
***
21.20
Azərbaycanın sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev həbs olunub. Bu barədə məlumat verən mənbə virtualaz.org-a açıqlamasında deyib ki, Nicat Quliyev Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən elə öz bağ evində tutulub. Məlumatlarda o da deyilir ki, MTN əməkdaşları sabiq nazirin bağ evindən xeyli sayda silah-sursat da aşkarlayıb. Yada salaq ki, Nicat Quliyev 2005-ci il, oktyabrın 19-da da həbs edilmişdi. O zaman sabiq nazirə qarşı dövlət çevrilişinə cəhddə iştirak etmək maddəsi ilə ittiham irəli sürülmüşdü. Sonradan onun haqqındakı həbs-qətimkan tədbiri dəyişdirilmişdi.


