Aprelin 17-də ABŞ polisi Bostonda marafon zaman partlayış törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Bu barədə CNN telekanalı məlumat yayıb.
İlkin məlumatlara görə, saxlanılan şəxs qaradərili kişidir. Polis onun cinayət ortaqlarının olması barədə məlumat vermir.
Ehtimal olunan terrorçunu hadisə yerində videokameraların görüntüsünin köməyi ilə müəyyən etmək mümkün olub. Video kadrlardan həmin şəxsin partlayıcı maddənin olduğu güman edilən çantanı necə atdığı görünür.
Xəbər verildiyi kimi, aprelin 15-də Boston marafonu zamanı iki partlayış baş verib. Nəticədə 3 nəfər ölüb, 180 nəfər yaralanıb.
İstintaq partlayışın üç mümkün versiyasını irəli sürür: islamçıların terror aktı, hökumət əleyhinə olan ekstremist qruplaşmanın terror aktı və ruhi xəstənin cinayəti.
azadliq.info


