Gəncədə fəaliyyət göstərən “Gəncəbank”da yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb. Bu barədə qəzetimizə məlumat verən mənbə bildirib ki, yoxlamaların nəticələrinə görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində cinayət işi başlanıb.
Lakin bank rəhbərliyi baş verənlərin müsbət sonluqla nəticələnəcəyinə əmindir. Iddialara görə, bu əminlik “Azəryolservis”in rəhbəri, deputat Cavid Qurbanovun bankı himayə etməsilə bağlıdır. Daha doğrusu, bankın əslində Cavid Qurbanova məxsus olduğu bildirilir.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə məlumatla bağlı “Azadlıq”a açıqlamasında deyib: “Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Idarəsində ”Gəncəbank”la bağlı cinayət işi başlanmayıb”.
Cavid Qurbanovun bankı ilə bağlı nə baş verir?
•


