Naxçıvandan partiyaların birgə bəyanatı

Dekabrın 11-də Naxçıvanda AXCP, Müsavat Və Ümid partiasının Naxçıvan Muxtar Respublika  təşkilatlarının sədrləri Yaşar Bağırsoy, Sabir Vəliyev və Faiq Əliyev  birlikdə fövqaladə toplantı keçiriblər. Toplantıda son bir neçə gündə Naxçıvanda fəliyyət göstərən jurnalistlərə olunan təzyiqlər, haqqını tələb etdiyi üçün Sədərək Gömrük Keçid Məntəqəsində bir qrup mülkü geyimlilər tərəfindən fiziki təzyiqə məruz qalan sahibkar Məhəmməd  Qurbanov və kürəkənlərinin başına gətirilənlər, həmçinin 10 dekabr Beynəlxalq İnsan Haqları Günündə İctimai Palatanın fəalları, cəbhəçilər, müsavatçılar və digər partiyalardan olanların birgə keçirdiyi mitinqə polisin kəskin müdaxiləsi və 100-dən artıq fəalın polis şöbələrinə aparılması pislənilib.  Partiyalar birlikdə baş verənlərlə bağlı  bəyanat veriblər.
Bəyanatda deyilir:  Naxçıvanda yaşayan kiçik sahibkar Məhəmməd Qurbanov Türkiyədən satmaq üçün gətirdiyi ərzaq mallarının qanunsuz olaraq gömrükdə saxlanılması, ondan artıq rüsum tələb edilməsi barədə Naxçıvanda fəaliyyət göstərən jurnalistlərə şikayət edərək, məsələni araşdırmağı xahiş edib. Dekabrın 8-də jurnalistlər İlqar Nəsibov və Elman Abbasov məsələni araşdırmaq və qarşı tərəfin münasibətini öyrənmək üçün Sədərək Gömrük Keçid Məntəqəsinə gedəndə gömrük işçiləri onlara peşə fəaliyyətlərini yerinə yetirməyə icazə verməyib. Qısa müddətdə hadisə yerinə toplaşan 40-a yaxın mülki geyimli sahibkara, eləcə də işçiləri və eyni zamanda kürəkənləri olan Nadir Məmmədovla Toğrul Abbasova hücum edərək, onları vəhşicəsinə döyüblər. Həmin vaxt hadisəni çəkməyə çalışan jurnalistlərdə hücuma məruz qalıblar. Hücumçular jurnalistlərin olduğu avtomobili əzərək, mətbuat işçilərinni avtomobildən çıxarmağa çalışıblar. Jurnalistlərin mobil telefonları, video kameraları və diktafonları zorla əllərindən alınıb.
Xilas olmaq üçün sahibkar Məhəmməd Qurbanov avtomobili işə salaraq, hücumçuların əhatəsindən çıxmağa çalışıb. Bu zaman onun avtomobili böyük yük maşınları və avtomobillərlə 4 tərəfdən mühasirəyə alınıb. Jurnalistlər 3 saatdan artıq mühasirədə saxlanılıblar. Yerli hüquq müdafiəçiləri, Azərbaycandakı xarici ölkə səfirliklərinin müdaxiləsindən sonra jurnalistlərə hadisə yerini tərk etməyə imkan verilib.
Sahibkar bə kürəkəni hadisə yerində saxlanılısada, hadisədən 3 gündən artıq vaxt keçməsinə baxmayaraq onların harada olmaları, nə üçün saxlanılmaları haqda yaxınlarına heç bir məlumat verilməyib. Növbəti günlərdədəə yenidən hüquq  müdafiəçiləri, eyni zamanda jurnalistlər, Məlahət Nəsibova, Elman Abbasov, İlqar Nəsibov, Həkimeldostu Mehdiyev açıq şəkildə Naxçıvan MR Daxili İşlər Nazirliyinin və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən izləniliblər. Həmin gün jurnalist Həkimeldostu Mehdiyev MR Dövlə Yol Polisi tərəfindən saxlanılaraq əsassız olaraq hansısa takisni əzməkdə ittiham edilib və idarə etdiyi  avtomobili cərimə meydançasına aparılıb.
10 dekabr Beynəlxalq İnsan Haqları Günündə müsadirə olunmuş avadanlıqlarını geri almaq üçün Naxçıvan Muxtar Respublika Dövlət Gömrük Komitəsinə gedən jurnalistlərə orada yenidən təzyiq edilib.
Bundan başqa 10 dekabr Beynəlxalq İnsan Haqları Günündə İctimai Palatanın fəalları, cəbhəçilər, müsavatçılar və digər partiyalardan olanların Bakı şəhərində birgə keçirdikləri mitinqə polisin kəskin müdaxiləsi baş verib. Polis aksiyaçılara qarşı olduqca qəddar davranıb. 100-dən artıq fəal polis şöbələrinə aparılılaraq, saatlarla saxlanılmasını pisləyir.  
Bəyanatda qeyd olunur ki,  baş verənlər hakimiyyətin söz azadlığına, sərbəst toblaşmaq azadlığına, insan hüquqlarına hörmət bəsləmədiyini, beynılxalq konvensiyalara əməl etmədiyini, öz şəxsi mənafeyini xalqın mənafeyindən üstün tutduğunu, hüquqlarını tələb edən insanlara qarşı necə amans olduğunu  bir daha sübut edir.
Partiyaların yerli təşkilatları Naxçıvanda bu cür  vəziyyətin yaranmasını Azərbaycan mərkəzi hakimiyyətinin baş verənlərə  susqun münasibətinin və hətta məqsədyönlü siyasətinin nəticəsi kimi qiymətləndirir və ölkə ictimaiyyətini Naxçıvandakı bu ağır duruma etiraz səsini ucaltmağa, vəziyyətin dəyişməsi naminə Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə
beynəlxalq insan haqları təşkilatlarını bu istiqamətdə Azərbaycan iqtidarına təsir etməyə səsləyir.