Sumqayıt polisi İctimai Palatanın Bakıda keçirəcəyi 10 dekabr aksiyasına görə, Sumqayıt müxalifətçilərinə xəbərdarlıq edib. Bu barədə Azadlıqradiosuna dekabrın 9-da polisə aparılan Müsavat partiyası Sumqayıt təşkilatının sədri Fəxrəddin Abbas məlumat verib: “Məni, AXCP və KXCP-nın şəhər təşkilatının sədrlərin səhər tezdən şəhər baş polis İdarəsinə apardılar. Rəis müavinləri Azər Cahangirovla Həsən Əsədov xəbərdarlıq etdi ki, 10 dekabr mitinqinə çıxmayaq. Dedilər özünüz və ya üzvlərinin piketə çıxsa məsuliyyət daşıyacaqsınız. Biz də bildirdik ki, 10 dekabr beynəlxlaq insan haqqları günüdür və bizim özü haqqımızı müdafiə etmək hüququqmuz var. Onlar da dedilər ki, aksiya icazəli olmadığından biz də sizə əvvəlcədən xəbərdarlıq edirik”.
Informasiya şöbəsi



