“Möhtəşəm yüz il” ekranlardan yığışdırıla bilər

Yusif  Halaçoğlu: «Möhtəşəm yüz il» serialının tarixlə heç bir əlaqəsi yoxdur»

Türkiyə mətbuatının məlumatına görə Milliyyətçi Hərəkat Partiyasından olan millət vəkili Yusif Halaçoğlu “Möhtəşəm yüz il” serialının tarixlə, qanunla əlaqəsinin olmadığını deyib. Halaçaoğlu öz çıxışında:”Bu tarixi serial deyil, sadəcə serialda tarixi şəxsiyyətlərin adlarından və məkanlarından istifadə edilib” deyib.
Millət vəkili baş nazir Rəcəb Tayyib Ərdoğanın çıxışını da tənqid edib. Halaçoğlunun sözlərinə görə Ərdoğan türk tarixini yaxşı bilmir, ona görə də serialı tənqid etmək də onun işi deyil. Daha sonra Halaçoğlu serial tənqidini davam etdirərək: “Möhtəşəm yüz il” serialının tarixə nə yaxından, nə də ki, uzaqdan heç bir əlaqəsi yoxdur.
Serialda hərəmdə yeniçərilərin gəzməsi, Osmanlı geyimlərinə uyğun olmayan paltarlı qadınların olmasına qədər serialın tarixlə əlaqəsi yoxdur. Rejissorlar sadəcə serialdan pul qazanırlar. Ən maraqlısı da odur ki, cənab baş nazir 3 ildən sonra hiss etdimi ki, “Möhtəşəm yüz il” serialı səhvdir?” deyib(Olaylar).