Ərdoğan “Muhteşem Yüzyıl” serialını tənqid etdi

“Onlar əcdadımızı “Muhteşem Yüzyıl” serialında göstərildiyi kimi tanıyırlar”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkə telekanallarından birində nümayiş olunan “Muhteşem Yüzyıl” serialını tənqid edib. Ölkə müxalifətininin Osmanlını bu serialda göstərildiyi kimi tanıdığını deyən baş nazir məhkəmənin bu istiqamətdə atacağı addımları gözlədiyini deyib.

“Onlar əcdadımızı “Muhteşem Yüzyıl” serialında göstərildiyi kimi tanıyırlar. Biz elə bir Qanuni (Sultan Süleyman) tanımırıq. O Qanuninin ömrünün 30 ili at belində səfərlərdə keçib. Mən o serialların prodüsserlərini də, nümayiş olunduğu kanalın sahibini də pisləyirəm. Bu məsələdə lazımi instansiyalara xəbərdarlıq etməmizə baxmayaraq məhkəmənin də müvafiq addımları atmasını gözləyirik. Bu dəyərlərlə oynayanlara millət tərəfindən hüquq çərçivəsində lazımi dərs verilməlidir” – deyə Ərdoğan bildirib.

anspress.com