Gəmilər Fələstin-İsrail münaqişəsində gərginliyin artdığı zaman Rusiya vətəndaşlarını təxliyə edəcək
Rusiya Qəzza sahillərinə Qara dəniz donanmasına məxsus gəmilərini göndərib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu gəmilər Fələstin-İsrail münaqişəsində gərginliyin artdığı zaman Rusiya vətəndaşlarını təxliyə etmək üçün nəzərdə tutulur. Bu barədə “RİA Novosti”yə Rusiya Hərbi Dəniz Donammasındakı mənbələrindən məlumat veriblər.
Məlumata görə, Qara dəniz hərbi donanmasının heyətində “Moskva” raket kreyseri, mühafizə gəmisi, “Novoçerkask” və “Saratov” iri desant gəmiləri və bir sıra dəniz tankerləri daxildir.
Onlara mümkün olacaq İsrail-Fələstin münaqişəsinin şiddətləndiyi an, Qəzzadan Rusiya vətəndaşlarının təxliyyə edilməsi üçün Aralıq dənizinin şərq sahillərində yerləşməsi əmri verilib.


