Etibar Əliyev, fəlsəfə doktoru
Dünyanın sonu haqqında təsəvvürlər get-gedə dərinləşməkdədir. Artıq mövzu ilə bağlı filmlər çəkilir, fantastik əsərlər yazılır. Artıq insanlar 21 dekabr tarixindən qorxuya düşməyə başlayıblar. Narahat olanların sayı durmadan artır. Həmin tarixə qədər ehtiyat tədbirlərinin görülməsi də hiss olunur. Bu məşhur günə nə dindarlar, nə də alimlər döğru-dürüst cavab verə bilirlər. Əslində nə baş verə bilər? Bu elmi, yoxsa dini məsələdir? Bir qədər maraqlansanız görərsiniz ki, dünyanın tanınmış alimləri artıq bir neçə ildir ki, bu problemlə məşğul olurlarmış.
Məsələnin dini izahı
Bir çox dinlərin əsas tərkib hissəsi sayılan esxatologiya (yunanca eschatos “axırıncı” + logos “anlayış”) təlimi dünyanın sonu və insanların son taleyi ilə bağlı olan hadisə haqqındadır. Bütün qədim və yeni dinlərdə Iudaizmdə, Bibliya və Quranda esxatoloji etiqad öz əksini tapıb. Əhd-Ətiqin sonrakı mətnlərində dünyanın sonunun təsviri apokalipsis (yunanca “xəbər”) adlı ayrıca canrın əmələ gəlməsinə səbəb oldu. Müqəddəs Qurani Kərimin 101-ci surəsi Əl-Qariə (ürəkləri dəhşətə salan qiyamət) surəsidir. Adı çəkilən surə 11 ayədən ibarətdir.
Əslində dini kitabların heç birində konkret tarix göstərilmədiyi üçün dindarları başa düşmək olar. Hadisə indi də min ildən sonra da baş verə bilər. Sual yaranır. Bəs 2012-ci ilin 21 dekabr tarixi nədən konkretdir və bunun kökü haradadır?
Mayya möcüzələri
Bu konkret tarix Mayya təqvimindən götürülüb. Artıq dünyanın ciddi alimləri bu təqvimi dərindən öyrənməyə başlayıblar. Doğurdanmı Mayya təqvimi özündə nəhəng hadisələr haqqında dərin sirrləri saxlayır. Nədən 2500 il bunda öncə birdən-birə ən yüksək inkişaf etmiş sivilizasiya yarandı, ən mürəkkəb “qalaktik saata” malik olan bu mədəniyyət birdən-birə yoxa çıxdı? Nədən onun 5000 il insan həyatını sənədləşdirən təqvimi belə bir dəqiq vaxtla bitir. 2012-ci ilin dekabrının qış günəşinin durumunun mahiyyəti nədir?
Ənənəvi tarix və kulturologiyaya görə Mayya sivilizasiyası anomaldır. Arxeoloji göstəricilərə görə isə ilk mayya birdən-birə Meksikanın yarımadası olan Yukatanda yaranıb. Digər sivilizasiyalardan fərqli olaraq Mayya hazır texnoloji nailiyyətlərlə ortaya çıxıb.
XX əsrin ortalarına kimi Mayya təqvimi “Qallaktik zamanı” hesablayan ən mürəkkəb metod olub. Bugünkü gündə mayya təkcə Yerin zamanını deyil, həm də Qallaktik zamanı hesablayır. Mayya üzrə məşhur mütəxəsiss professor Maykl Kounun təbirincə desək, “25 əsrdən bu yana bir gün də olsun buraxılmayıb”.
Mayya Qallaktik “taymer”-inin əsas elementi 260 günlük sikllərdən ibarətdir. Bu, “müqəddəs” təqvim adlanır. Bununla yanaşı 365 günlük adi təqvim də mövcuddur. Mayya təsəvvürlərinə görə, bu iki zaman sikli hər biri özü üçün fırlanan iki çarxın oxuna bənzəyir. Hərdən isə “müqəddəs təqvim”in günləri “adi təqvim”in günləri ilə üst-üstə düşür. Belə mühüm günlər 52 illik siklin sonu, Böyük sikl adlanan daha sürəkli zaman aralığının hissəsini ifadə edir. Mayya kahinlərinin məlumatlarına görə, Böyük sikl b.e.ə. 3114-cü ilin avqustunda başlayıb, 2012-ci ilin 21 dekabrında Günəşin Ipək Yolunun ekvatoru ilə bir ox boyunca dayandığı vaxt başa çatacaq.
Bu halda nə baş verəcək? Bu nəhəng təzahür kosmik masştabda hansısa qeyri-adi hadisənin baş verməsinə səbəb ola bilərmi?
Məsələn, Hindistanın məşhur elektron jurnallarının birində dərc olunmuş bir məqalədə yaradılmış kompüter modelinə istinadən, mayya təqviminin başa çatdığı vaxt Yerin maqnit sahəsinin inversiyasının (yerdəyişmə, çevrilmə) baş verməsindən söhbət açılır. Kompüter modelinin qənaətinə görə, Yer və Günəş qütblərinin maqnit inversiyası 2012-ci ildə bəşər sivilizasiyasını məhv edə bilər.
Yerin maqnit sahəsi stabildirmi?
Geoloji göstəricilər sübut edir ki, həqiqətən 2000 il bundan öncə pik nöqtəsində olan maqnit intensivliyinin səviyyəsi indiki günə qədər 38 faiz azalıb. Son 100 ildə isə planetlərin maqnetizmi 7 faiz aşağı düşüb.
Qalileyin ilk teleskopları astronomlara zaman-zaman Günəşdə intensiv maqnit qasırğalarını müşahidə etməyə imkan verirdi. Bunlar günəş ləkələri kimi görünürlər. Güclü maqnit burulğanlarından sonra müəyyən müddət sakitlik yaranır. Bu sikllər müntəzəm olaraq 1610-cu ildən müşahidə olunur. Alimlərin maqnit qasırğalarını müşahidə etdikləri vaxtdan artıq 23 sikl günəş ləkələri ötüb. Bir siklin orta davamlılıq müddəti 11 ildir. 2006-cı ilin mart ayının 10-dan ləkələr və günəş alışmaları yox olub. Və günəş sakitləşib. Bir siklin başa çatması başqa bir siklin başlamasına işarədir. Atmosfer təzahürlərini öyrənən Amerika alimi professor Dikpati hesab edir ki, növbəti maqnit burulğanı əvvəlkilərdən 30-50 faiz güclü olacaq. O, 1986-1996-cı illərin sikllərini analiz edərək günəş maksimumunun 2012-ci ildə olacağını deyir. Bu qədim Mayyanın dedikləri ilə üst-üstə düşür.
8000 il bundan qabaq yazılmış Qədim hind vedlərindən başlayaraq, 5000 il əvvəl yaradılmış Yəhudi təqvimi və peyğəmbərlərdə qurtaran Qədim mətnlər göstərir ki, baş verən dəyişikliklər irimiqyaslı olmalıdır. Heç bir peyğəmbərlikdə dünyanın sonu dəqiq göstərilmir. Başqa məsələlər isə təsdiq edilir: dünya ciddi dəyişikliklərin astanasındadır. Mayyanın başqalarından fərqi final gününün göstərilməsindədir. Bu təqvimdə həm də dünyanın adi dəyişikliklərə məruz qalması da göstərilir. Alimlərin qənaətinə görə, Mayya təqvimindəki abstrakt ədədlərin axırıncı sikli konkret hadisələrə doğru istiqamət alacaq ki, bunların da bir neçəsi artıq baş verir. Qlobal problemlərin sayının 20-yə çatması buna sübutdur.
Mayyanın Böyük siklinin başa çatmasında Bizim Planet, Günəş sistemi və bizim Qalaktikanın mərkəzi bir düz xətt boyunca düzüləcəklər. Yaxın 26 min ildə belə hadisə baş verməyib.
10 mart 2006-cı ildə günəş burulğanının sikli başa çatıb və yenisinin başlanması gözlənilir. Gözlənilir ki, pik nöqtəsi 2012-ci ildə olacaq. Alimlərin qənaətinə görə, Yerin maqnit sahəsi sürətlə zəifləyir. Maqnit sahəsi ilə insan davranışındakı əlaqələr göstərir ki, zəif maqnit sahəsində insanlar dəyişiklikləri tez qəbul edirlər. Elə bu səbəbdən də artıq dünyanın əksər ölkələrində insanlar dəyişikliklər istəyirlər. Başqa sözlə, bəşər övladı artıq bütün sahələr üzrə islahatların aparılmasını tələb edir. Məşhur Ərəb inqilablarını buna sübut kimi göstərmək olar.
Müasir elm və Mayya möcüzələri
Məşhur Amerika alimi Terrens Makken sensasiyya xarakterli “Görünməyən landşaft” kitabında yazır ki, bəşəriyyət sürətli dəyişikliklər nöqtəsinə yaxınlaşır. Onun bəşəriyyətin gələcəyi haqqında işlədiyi əsərinin əsas terminlərindən biri riyazi “zaman dalğası” adlanır. Makkenin “zaman dalğala”rının ən mühüm xüsusiyyəti onun formasının tam təkrarlanmasıdır. Alimə görə, ilk yenilik eramızdan əvvəl 500-cü ildə baş verib. Yer kürəsində Lao-szı, Platon, Zərdüşt və Budda yaşayıb. Bu şəxslər sonrakı minilliklərə əsaslı təsir göstəriblər. Zaman dalğasının təkrarlığı 64 dəfə tez 1960-cı illərin sonuna təsadüf etdi. 2012-ci ildə bu sikl daha 64 dəfə tez təkrarlanacaq. Göründüyü kimi, interval aydan həftəyə həftədən günə qədər qısalır və sürətlə sıfır nöqtəsinə yaxınlaşır. Makken bu nöqtəni “Zamanın sıfır dalğası” adlandırdı. Amerika alimi Mayya təqvimində olduğu kimi “sıfır dalğası”nın 21 dekabr 2012-ci il tarixinə təsadüf edəcəyini artıq göstərib.
Məşhur intellektual alimlər nə deyir?
Dünyanın nəhəng intellektuallarından biri Vaslav Havel ölümündən bir neçə ay qabaq bunları demişdir: “Insan şüurunda qlobal inqilablar baş verməmiş yaxşılığa doğru heç bir dəyişikliyin şahidi olmayacağıq. Və bizim dünyamıza yaxınlaşan ekoloji, sosial, iqtisadi, demoqrafik, yaxud sivilizasiyanın süqutu qaçılmaz olacaq”. Havelin bu fikirləri aydın olmaqla yanaşı həm də pessimiz üçün fürsət vermir: sivilizasiyanın süqutundan yan keçmək olar. Insan şüuru inkişaf qabiliyyətinə malikdir. Ona sadəcə təkan vermək lazımdır. Havelin gəldiyi qənaət budur: sivilizasiya məhv olmayacaq, dünya ciddi dəyişikliklər astanasındadır.
Yaşadığımız dövrün məşhur futuroloqlarından biri professor Ervin Lazlo hesab edir ki, biz bu gün tarixin dönüş anında yaşayırıq. Dünya ciddi dəyişikliklər astanasındadır. Bəşəriyyəti ya qlobal təhlükələr ya da yeniləşmə, dəyişmə gözləyir. Böyük alimin təbirincə desək, biz “xaos nöqtəsinə” yaxınlaşırıq. Bu nöqtədə biz yaşadığımız dünyanı ya dayanıqlı edə bilərik, ya da onun dağılmasının şahidinə çevrilə bilərik. “Yəni xaos nöqtəsi sayılan 2012-ci il bəşəriyyətin sonu da ola bilər. Insanlar ağır hadisələr: epidemiyalar, ekoloji fəlakətlərdən tutmuş, biznes və beyəlxalq siyasətdə baş verən böhranlarla toqquşa bilərlər. Maraqlıdır ki, o həmçinin 2012-ci ildən sonra dəyişikliyə məruz qalacaq şüurun inkişafının kriteriyalarını da göstərmişdir:
Lazloya görə, 2012-ci ildə biz tamam yeni dünyaya qədəm qoyacağıq, bunun fəlakətli yaxud gözəl olmasını isə biz hələlik bilmirik. Bu anda iki yol var:
Fəlakətlər- dağılmağa aparan deqradasiya. Qeyri-çeviklik və burnunun ucundan o tərəfi görməməzlik gərginliyi artıracaq ki, mövcud idarəetmə institutları bunun qarşısını ala bilməyəcək. Münaqişə və zorakılıq qlobal xarakter alacaq ki, bu da anarxiya ilə nəticələnəcək;
Keyfiyyət baxımından yeni yol – yeni sivilizasiyaya keçid. Yeni təfəkkür tərzi və yüksək səviyyəli şüur insan kütlələrini vahid amal uğrunda mübarizədə birləşdirəcək. Insanlar və institusiyalar problemlərin qarşısını almağa qadir olacaqlar. Xalqına zülm edənlər böyük kütlə təlatümləri qarşısında məğlub olacaqlar.
Alimlərin gəldiyi bu qənaətlər heç də görücülük kimi yozulmamalıdır. Dünyanın aparıcı elmi tədqiqat mərkəzlərinin öyrəndiyi problemlərdən çıxarılan nəticələr dini dünyagörüşlə üst-üstə də düşə bilər. Necə ki, Qurani-Kərimdə yazılan Kainatın genişlənməsi məsələsini alimlər ötən əsrin 20-ci illərində təcrübədə təsdiqləyərək Nobel mükafatına layiq görüldülər.


