ARDNŞ rəhbərliyi Hollandiyanın “Vitess” klubuna sponsorluq etmək qərarına gəlib. Bu barədə Hollandiyada yaşayan siyasi mühacir Eldəniz Yusibov məlumat verib.
Eldəniz bəyin dediyinə görə, ARDNŞ onu reklam etməyin müqabilində klubun büdcəsinə hər il 10 milyon avro köçürəcək.
“Vitess”in maliyyə böhranında olduğu bir vaxtda əslində bu pul onlar üçün göydən düşmə olub. Bir holland klubunu yaşatmaqla ARDNŞ nəyini reklam edəcək, bilinmir. Amma fakt odur ki, hər il təxminən 115 min barel neftin pulu da belə gedəcək, necə deyərlər çölə atılacaq.
Azad


