Ərdoğan İsraili terrorçu dövlət adlandırdı

“İsrail uzun illərdir Qəzza sektorunun dinc sakinlərinə hücum edir ki, bu da onların ölümü ilə nəticələnir. Buna görə də hesab edirəm ki, İsrail terrorçu dövlətdir”.

Bu barədə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Avrasiya İslam Şurası forumunun açılışında çıxış edərkən bildirib.

Ərdoğan qeyd edib ki, beynəlxalq ictimaiyyət Qəzza sektorunda baş verən faciəyə lazımi diqqət yetirmir.

“İstər Qəzzada, istər Suriyada, istərsə də Myanmada olsun, dünyada müsəlmanların ölümü dünya ictimaiyyəti və beynəlxalq təşkilatları narahat etmir”, – o deyib.