Ən ağır vəziyyət Azərbaycandadır
Məlum olduğu kimi, ölkə başçısı “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun tətbiqi haqqında sərəncam imzalayıb. Yeni qanuna əsasən, icra hakimiyyəti ilə razılaşdırılmamış aksiyalara görə iştirakçıların 500 manatdan 1000 manatadək cərimə olunması nəzərdə tutulur. Təşkilatçı vəzifəli şəxsdirsə, (siyasi partiyanın rəhbəri və ya funksioneri), o, 3000 manatdan 6000 manatadək cərimə ediləcək. Yeni dəyişikliyə əsasən, təşkilatçı hüquqi şəxs olarsa, onun 15 min manatdan 30 min manatadək cərimə edilməsi nəzərdə tutulur. Dəyişikliklərdən əvvəl Azərbaycanda bu cərimələrin maksimum həddi 500 manat idi.
Qanuna dəyişilik edən parlamentarilər dünya təcrübəsinə əsaslandıqlarını və bir çox ölkələrdə icazəsiz aksiyalara görə iri məbləğli cərimələrin nəzərdə tutulduğunu deyir.
Təbii ki, qanunsuz aksiyaları qarşısı bütün ölkələrdə alınır və buna görə müəyyən cəzalar da nəzərdə tutulur. Lakin kütləvi ixtişaşlarla nəticələnən aksiyanı dinc etiraz aksiyası ilə eyniləşdirmək olmaz. Inkişaf etmiş ölkələrin demək olar ki, hamısında insanların sərbəst toplaşmaq və ifadə azadlığı tanınır. Bu səbəbdən də mitinq və piketlərə görə heç bir cərimə nəzərdə tutulmur. Yalnız kütləvi ixtişaşların təşkilinə və aksiyalar zamanı insanların əmlakına, sağlamlığına ziyan vurmağa görə cərimələr, hətta həbs cəzası da nəzərdə tutulur.
Rusiyada da cərimələr artırılır
Qeyd edək ki, Azərbaycanla yanaşı Rusiyada da sanksiyalaşdırılmamış aksiyalarda iştiraka görə cərimələrin artırılması təklif edilir. Hakim “Vahid Rusiya” partiyası eynən YAP kimi dünya təcrübəsinə istinad edərək cərimlərin 100 dəfə artırılmasını istəyir. Ancaq Azərbaycandan fərqli olaraq bu ölkədə aksiyaların təşkilinə görə deyil, aksiyalar zamanı qaydaların pozulmasına görə cərimələr nəzərdə tutulub. Hazırda isə Rusiyada ixtişaşın baş verdiyi aksiyanın təşkilatçıları 1000-2000 rubl (təxminən 25-50 manat), bu tip aksiyaların iştirakçıları – 500-1000 rubl (12-25 manat) cərimə ödəyir. Aksiya zamanı vətəndaşların əmlakına və sağlamlığına ziyan vuranlar, polisə müqavimət göstərən isə 1000-2000 rubl cərimələnir, yaxud 15 sutka həbs cəzasına məhkum olunur. Polisə müqavimət göstərənləri də eyni aqibət gözləyir. “Vahid Rusiya” partiyası isə cərimələrin həcmini 1-10 mln. rubl (25 min-250 min manat) həddinə qədər qaldırmağı təklif edir.
Ukraynada cərimələr azaldılır
Ukraynada isə əksinə, parlamentarilər izacəsiz aksiyalarda iştiraka görə nəzərdə tutulan cərimələrin azaldılmasını planlaşdırır. Ukrayna qanunlarına görə, aksiyanın keçirilməsi şərtləri pozulsa, yaxud bu zaman nəqliyyatın işində, vətəndaşların fəaliyyətində problem yaransa, aksiyanın təşkilatçıları 170-425 qrivna (16-40 manat) cərimə ödəməlidir. Indi isə bu məbləğin 85-340 qrivnaya (8-32 manat) qədər azaldılması təklif edilir. Lakin aksiya zamanı ixtişaşlara yol verən şəxslərin 15 sutkalıq həbs edilməsi də nəzərdə tutulur.
ABŞ və Avropada yalnız ixtişaş törədənlər cəzalanır
Aksiyalar zamanı ixtişaşlara yol verməyə görə digər ölkələrdə də cərimə və cəza nəzərdə tutulub. Məsələn, ABŞ-da ixtişaşların törədilməsi məqsədi ilə aksiyaların təşkilinə görə hətta 10 il həbs cəzası verilə bilər. Insanlar üçün ciddi problemlər yaranacağı təqdirdə 300 dollardan 3000 min dollara qədər cərimə nəzərdə tutulub. Onu da qeyd etmək yerinə düşər ki, ABŞ-da minimum əmək haqqı 3000 min dollar təşkil edir və bu məbləği ödəmək çətinlik törətmir.
Böyük Britaniyada isə qanunu pozan aksiya iştirakçıları 400 funt sterlinq məbləğində cərimə ödəməli olur. Ixtişaşlar təşkil edənlərə isə müəyyən müddətə aksiyalara çıxmaq qadağan edilir.
Almaniyada kutləvi aksiya keçirilən zaman qanunu pozan şəxsləri bir il müddətinə həbs, yaxud 15 min avro cərimə gözləyir.
Fransa ən çox aksiyaların keçirildiyi ölkələrdən biridir. Bu ölkədə ildə 3 mindən artıq kütləvi etiraz aksiyası keçirilir. Dinc aksiyaların təşkili adi hala çevrilib. Lakin mitinq zamanı ixtişaş, yaxud silahlı insident baş versə, təşkitlatçılar 1 ildən 3 ilə qədər azadlıqdan məhrum edilə bilər. Bu tip aksiyanın iştirakçıları 38 avro məbləğində cərimə ödəməli olacaq. Silahlı insidentdə iştirak edən, yaxud toqquşmanın təşkilatçısı olan şəxsin ödəməli olduğu cərimə məbləği isə 7500 avrodur.
Italiyada da aksiyar zamanı ixtişaşların və toqquşmaların təşkilatçıları üçün 1 aydan 12 aya qədər həbs cəzası nəzərdə tutulub. Eyni aqibət polisə müqavimət göstərənləri də gözləyir.
Isveç isə təşkilatçılar 4 ay, iştirakçılar üçün 2 ay müddətinə həbs edilə bilər.
Isveçrədə kütləi aksiyalar zamanı asayişi pozanlar, silahlı ixtişaş təşkil edənlər daha ağır cəzaya məruz qalır. Bu şəxslər 100ÿ000 dollar cərimə ödəməli olur.
Yaponiyada isə aksiyalar zamanı qanunu pozanlar üçün maksimal cərimə məbləği 500 dollardı.
Onu da qeyd edək ki, sadaladığımız Avropa ölkələrinin hamısında minimal əmək haqqı 3000 avrodur. Digər tərəfdən, göründüyü kimi, etiraz aksiyalarının təşkili və oradan iştiraka qadağa qoyulmur. Cərimlərə və digər cəzalar yalnız ixtişaş və silahlı toqquşma təşkil edənləri, vətəndaşlar üçün əlavə problem yaradanları gözləyir. Bu ölkələrin heç birində etiraz aksiyası keçirmək üçün hər hansı dövlət strukturuna müraciət etməyə ehtiyac yoxdur. Yalnız xəbərdarlıqdan sonra istənilən mitinq və yürüş təşkil etmək olar. Azərbaycanda hakimiyyət strukturlarının icazə vermədiyi istənilən aksiya qanunsuz hesab edilir. Hətta sanksiyalaşdırılmamış mitinq və piket dinc şəkildə keçirilsə də, hakimiyyət bunu qanunsuz hesab edir.
Fizzə


