İran ABŞ-a xəbərdarlıq edib

Tehran İranın hava məkanı pozulacağı təqdirdə qətiyyətli addım atacağını deyir
10 gün əvvəl İranın hərbi təyyarələri ABŞ-ın pilotsuz təyyarəsini atəşə tutub. Tehran hesab edir ki, təyyarə İranın neft tankerlərini izləyirmiş.

«Azadlıq.info»nun Əl-Ərəbiya saytına istinadən yaydığı məlumata görə, İran bundan sonra da ABŞ təyyarələrini atəşə tutacağını deyib. «Bəli, biz xəbərlarlıq atəşi açdıq. Əgər onlar yenidən hava məkanımızı pozsa, yenidən bu addımı atacağıq» – deyə İslam İnqilabı Keçikçiləri Korpusunun rəhbəri Əmir-Əli Hacızadə xəbərlarlıq edib.
Pentaqonun mətbuat xidmətinin rəhbəri Corc Littl ötən həftə bildirib ki, İranın su-25 təyyarəsi ABŞ-ın Predator pilotsuz təyyarəsinə atəş açıb, lakin hədəfdən yayınıb. Tehranın xəbərdarlığına cavab olaraq Pentaqon öz qüvvələrini müdafiə etməyə hazır olduğunu bəyan edib.