Mayda 17 bankomat ləğv olunub

Bu ilin yanvar-may aylarında 9 bank filialı fəaliyyətini dayandırıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya görə, yanvar ayından mayın 31-dək bankların ümumilikdə 9 filialı fəaliyyətini dayandırıb.

Belə ki, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, mayın sonuna bu göstərici 560-a qədər azalıb.

Bundan başqa, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, mayın sonuna şöbələrin sayı 141-ə yüksəlib.

May ərzində bankomatların sayında azalma qeydə alınıb. Belə ki, mayın sonuna ATM-lərin sayı 17 ədəd azalaraq 2476-ya çatıb.

Qeyd edək ki, hazırda ölkədə 31 bank fəaliyyət göstərir.