Vaşınqtonda Rusiya və İrana qarşı yeni sanksiyalar paketini dəstəkləyir, baxmayaraq ki, Konqresin hazırda nəzərdən keçirdiyi qanun layihəsini tənqid ediblər. Ağ Evin qanunvericilik məsələləri üzrə direktoru Mark Şort bəyan edib ki, layihədə Konqresə daha çox səlahiyyətin verilməsi, ABŞ prezidentinin Moskva və Tehrana qarşı sanksiyalarl yumşaldılması yaxud ləğvi məsələsində imkanlarını məhdudlaşdırmağı nəzərdə tutlur. İyunun 15-də qanun layihəsi Senat tərəfindən dəstəklənib.
Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı təşəbbüs Konqresə Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin sədri Ed Roys tərəfindən irəli sürülüb. O, Rusiyanı silahlanmaya nəzarət razılaşmasını pozmaqda günahlandırıb. Bu da dünyadakı stabilliyə təhlükədir.
Fizzə