Rusiyanın Rskov vilayətinin Struqi qəsəbəsində iki yenyetmə polisə atəş açıb, daha sonra isə intihar edib. Yeniyetmələr baş verənləri Periscope sosial şəbəkəsi vasitəsilə canlı yayımlayıb.
Yerli polis idarəsinin məlumatına görə, polis əməkdaşları itkin düşən iki yeniyetmənin olduğu ehtimal edilən binaya yaxınlaşanda onlara atəş açılıb. Polisin 15 yaşlı məktəblilərlə iki saat apardığı danışıqlar nəticəsiz qalıb. Binaya daxil olan polislər yeniyetmələrin intihar etdiyini görüb. Məktəblilərin hansı səbəbdən bu addımı atdığı məlum deyil.
azadlıq.info



