«İsfəndiyar Mehbalıyev çənə nahiyəmdən mənə bir neçə zərbə endirdi, dodağımdan axan qanla namazımı kəsmədən qıldım»
İlahiyyatçı Tale Bağırzadə noyabrın 3-də Yasamal Rayon Polis Idarəsində zorakılığa məruz qalıb. Bu barədə “facebook” səhifəsində məlumat yayan ilahiyyatçı ona qarşı fiziki zor tətbiq edən şəxsin Yasamal Rayon Polis Idarəsinin rəisi Isfəndiyar Mehbalıyev olduğunu bildirib:
“Məni noyabrın 3-də Yasamal Rayonu Polis Idarəsinə dəvət etdilər. Saat 17:00 radələrində idarəyə getdim. Həmkarlar Ittifaqının sədri Səttar Mehbalıyevin oğlu, Yasamal Rayon Polis Idarəsinin rəisi Isfəndiyar Mehbalıyev ilk andan davranışları ilə sərtlikÿgöstərərək, bütün etik normativləri aşaraq hədə və təzyiqlə danışmağa başladı. Iddiaları da bu idi ki, şəhid Mübariz Ibrahimovun anım günündə onun məzarının ziyarətini guya mən təşkil edib insanları ora çağırmışam. Mən hər vəchlə anlatmağa çalışdım ki, buna mən çağırış etməmişəm. Lakin dediyim kimi, ilk andan onun səriştəsiz, qəzəbli davranışı seyr olunurdu. Onun bu işi alınmadığını gördükdə hədə ilə danışmağa başlaması isə bir zamanlar Qarabağ əlilinin özünü onun haqsızlığına görə yandırdığı Mehbalıyevlər sülaləsinə məxsus bir şəkildə davranış halına gəldi. Onun həbsxana təhdininə mən ”Biz Qobustanı keçmişik. Bacarırsınızsa öldürün” dedim. O isə “Səni öldürüb şəhid etməyə heç zaman imkan vermərik” dedi. Onun bu sözünü özü də istəmədən bizim haqq yolda olmağımızın etirafı kimi dəyərləndirib, “Bax, siz özünüz də etiraf edirsiniz ki, biz haqq yoldayıq” deyə bildirdim.
Mövzunun uzandığını görüncə, qəza olmağa başlayan Əsr namazımın qılınması üçün ona müraciət etdim. Lakin onun Qarabağ əlilinə acımayan Mehbaliyevlər qanı namaz üçün də fərqli mövqe nümayiş etdirmədi. “Idarədə olmaz!” dedi. Mən idarədən çıxaraq namazımın qılınma zərurətini anlatmaq istəsəm də, qeyd etdiyim kimi, o, razı olmadı. “Siz icazə versəz də, verməsəz də mən namazımı qılmalıyam” deyib namaz üçün ayağa qalxdım. Və Islam tarixinin yezid xisləti olan din düşmənçiliyi onun əməlində görünərək, o, üzərimə hücum çəkdi. Mən isə elə ayaq üstəcə namaz qılmaq üçün əllərimi qaldırıb təkbir deməyə başladım. Yanında olan məmurlardan Bakı Şəhəri Baş Polis Idarəsinin Israfil adlı işçisi və digər məmurlar qollarımdan tutdular və məni təkbir deməyə qoymadılar. Isfəndiyar Mehbalıyev isə çənə nahiyəmdən mənə bir neçə zərbə endirməyə başladı. Dodağımdan axan qanla Əsr namazımı kəsmədən qıldım.
Allaha şükr edirəm ki, Məhərrəm ayında haqq yolunda qanı tökülən şəxslərin müqəddəs qanına biz də az da olsa, öz qanımızı qoşa bildik”.
“Ölkə harın məmurların ağlasığmaz ərköyün qaydaları ilə idarə olunur”
Bu məsələ ölkədə dini kəsimlə yanaşı, ictimai-siyasi çevrənin də etirazına səbəb olub. Həmçinin xaricdə yaşayan tanınmışlar da baş verənlərlə əlaqədar narazılıqlarını ifadə ediblər.
Keçmiş müdafiə naziri Rahim Qazıyev bildirib ki, bu hadisə ölkədə qanunların işləmədiyini, məmurların özlərinin istədikləri kimi davrandıqlarının növbəti sübutudur. Sabiq nazir eyni zamanda, ölkədəki məmur özbaşınalığı ilə əlaqədar dövlət başçısına müraciət edib: “Cənab İlham Əliyev, ürək ağrısı ilə bir vətəndaş olaraq, sizə çatdırmağı özümə borc bilirəm: ölkə qanunlarla deyil, harın məmurların insan ağlına sığmayan ərköyün qaydaları ilə idarə olunur. Çox təəsssüf edirəm ki, bilavasitə təyin etdiyiniz, dövlətçiliyimizin onurğa sütunu sayılan MTN-in başçısı 11 il 3 aydır ölkəni dağıdıb, kimsə də onun qarşısında bu qanunsuzluğa ”dur”, “dayan” demək gücündə olmayıb. Siz vaxtaşırı müşavirələrdə cəmisi bir ilə yaxın hakimiyyətdə olan iqtidarı tənqid və təhqir etməkdən həzz alırsız. Unutmayın ki, son 22 ildə Azərbaycandakı rejimin Heydər Əliyevdən sonra şəriksiz sahibi sizsiniz. Ölkənin son dərəcə ağır durumda olması şəhid ailələrinin, qazilərimizin bir çoxunun dözülməz həyat tərzi inkaredilməzdir. Nə qədər təəccüblü olsa da, öz xidməti otağında hörmətli inanc sahibi Tale Bağırzadənin dodağını partladan, qanun tanımayan rəis məhz ailəsini dolanışıq mənbəyindən etdikdən sonra özünü yandırmaq həddinə çatdıran Səttar Mehbalıyevin oğludur. Təbii ki, atasının bu hadisədən sonra sizin tərəfinizdən mükafatlandırığını görən oğul da ruhlanaraq günahsız insanı ibadət etmək istədiyi üçün döyüb qanına qəltan edir.
Cənab prezident, bir daha Tale Bağırzadənin başına gətirilənlərin günahkarı olan harın məmurların qanun qarşısında cavab vermələri üçün səlahiyyətlərinizdən istifadə edib qəti tədbir görəcəyinizə əmin olmaq istərdik”.
“Ölkədə məmur özbaşınalığı hökm sürür”
Hazırda həbsdə olan başqa bir tanınmış ilahiyyatçı Hacı Abgül Süleymanovÿda baş verənlərə münasibət bildirib. O, Tale Bağırzadəyə qarşı zorakılıqdan narahatlığını ifadə edib: “Bir müsəlmanın namazına imkan verməmək, hüquqlarını pozmaq, haqqını tapdalamaq nə deməkdir axı?! Ölkədə özbaşınalıq baş alıb gedir! Bütün bunlara etirazlar olmalıdır. Bu hadisə bizi çox narahat etdi. Ümumiyyətlə, Hacı Tale ilə bağlı baş verən hadisələrə nəzər saldıqda, istər Gəncə, Yevlax, Şəmkir hadisələri, istərsə də həbsdən çıxdıqdan sonra ona qarşı olan bütün təzyiqlər və sonuncu bu hadisə ciddi narahatlıq yaradır. Bu məmur özbaşınalığına son qoyulsun! Azərbaycanda ümumiyyətlə gedişat onu göstərir ki, ölkədə məmur özbaşınalığı hökm sürür. MTN-dəki son həbslər, onların millətə, dövlətə etdikləri xəyanətlər bunun açıq göstəricisidir. Mən bütün islamçı müsəlmanların hamısını tədbirli, təmkinli şəkildə məmurlara, rəsmi dairələrə müraciətlə, dinc aksiyalarla, konfranslarla və bütün ölkə müsəlmanlarını bilgiləndirməklə etiraz etməyə çağırıram. Mən yuxarı dairələrə üzümü tutub deyirəm ki, bu məsələlərin qarşısını alsınlar. Hacı Taleyə qarşı hörmətsizlik mənə, bütün Azərbaycan ruhanilərinə, ümumən Islama qarşı hörmətsizlikdir. Elə bu səbəbdən də bütün mənim xətrimi istəyənləri, sözümə hörmət edənləri, məni öz qardaşları bilən müqavimətçiləri Hacı Taleyin ətrafında cəm olmağa çağırıram. Bu sözümü müzakirə obyektinə çevirənlərlə heç bir mənəvi əlaqəm yoxdur”.
“Azərbaycanı dünyaya güldürməyin!”
Türkiyənin tanınmış din xadimi Mehdi Aksu da Tale Bağırzadəyə qarşı baş verənlərlə əlaqədar Azərbaycanın dövlət başçısı Ilham Əliyevə müraciət edib.
“Cahil, həddini bilməz polis rəislərinin, icra başçılarının özbaşına hərəkətlərilə Azərbaycan xalqını və dövlətini dünyaya güldürmək olmaz”, – deyə müraciətdə vurğulanıb.
Təzəxan Mirələmli