Oktyabrın 30-da MAZ markalı hərbi yük maşını dəmir yol ötürücüsünü keçərkən qatarla toqquşub.
Müdafiə Nazirliyinin saytının verdiyi məlumata görə, qəza nəticəsində bir nəfər hərbi qulluqçu – avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb.
Əsgər M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib. Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.