Icra başçısı Qəzənfər Ağayevin zülmü dözülməz həddə çatıb
Masallının icra başçısı Qəzənfər Ağayev sahibkarlara qan uddurmaqda davam edir. Icra başçısının qanunsuz əməllərindən təngə gələn sahibkarla isə hüquqlarının bərpası üçün müxtəlif vasitələrə əl atırlar. Kimi çıxış yolunu aclıq aksiyası keçirməkdə, kimi mitinq eləməkdə, başqa birisi ölkədən getməkdə görür.
Redaksiyamıza müraciət edən sahibkar Yaşar Mahmudov da Qəzənfər Ağayevin qurbanlarındadır. Sahibkar bildirir ki, icra başçısı qanunsuz olaraq ona məxsus obyekti yerlə-yeksan edib. Ərazini ələ keçirən Qəzənfər Ağayev oradan öz şəxsi maraqları üçün yararlanır: “Tək mən deyiləm, rayonda bir çox sahibkarların başına bu oyunlar gətirilib. Qəzənfər Ağayevin zülmü dözülməz həddə çatıb. Artıq biz onun qanunsuz əməllərinə tab gətirə bilmirik. Onun qanunsuz əməllərindən şikayət edənlər isə təqib və təzyiqlərə məruz qalır”,- deyə sahibkar bildirib.
Yaşar Mahmudov əlavə edib ki, artıq bir qrup sahibkar ictimaiyyətin diqqətini Masallıda baş verənlərə cəlb etmək üçün aclıq aksiyası keçirmək qərarı verib. Yaxın günlərdə aksiyaya start veriləcək.
Azad