Oktyabrın 23-ü səhər saatlarında Fransada dəhşətli yol qəzası baş verib. Qəza Bordo şəhrinin şimal-şərqində yaşanıb. İçərisində tətilə gedən yaşlı sərnişinlərin olduğu avtobus yük maşını ilə toqquşub. Toqquşmadan sonra maşınları alov bürüyüb. Buna görə də avtobusdakılaır xilas etmək, demək olar ki, mümkünsüz olub. Nəticədə 42 nəfər həyatını itirib. Yalnız 8 nəfər xilas ola bilib.
Bu, Fransada son 33 ildə ən böyük faciədir.
Ölkə başçısı Fransua Olland hadisə ilə bağlı xalqa başsağlığı verib, hökumətin bu qorxunc faciəyə görə hərəkətə keçdiyini bildirib.