ABŞ, Suriya prezidenti Bəşər Əsədin Moskvaya çağrılmasına münasibət bildirib.
Ağ Ev-in sözçüsü Erik Sultz, Rusiyanın Suriya prezidenti Bəşər Əsədin Moskvaya çağrılmasını belə şərh edib:
“Öz xalqına qarşı kimyəvi silahdan istifadə edən Əsədin qırmızı xalça ilə qarşılanmasını, Rusiyanın da hədəf göstərdiyi siyasi keçid prosesi ilə ziddiyyət təşkil etdiyini görürük. Bu addım, Əsəd rejimini ürəkləndirəcək, Suriyada vətəndaş müharibəsini daha da alovlandıracaq və radikal qrupları daha da möhkəmlədəcək”,- Ağ Ev-in sözçüsü bildirib.
azadliq.info