Dünən axşam saatlarında ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Ərdoğan arasında telefon danışığı olub. Prezidentlər Suriyada siyasi keçid prosesinin təmin olunması üçün lazım olan addımların atılmasını, İŞİD-ə qarşı hərbi təzyiqlərin artırılmasını və sivil müxalifətin gücləndirməyi ortaq hədəflər olduğunu bəyan ediblər. Liderlər eyni zamanda, Rusiyanın Suriyada hərbi hərəkətlərini durdurmağı və PKK hücumlarına təcili olaraq son verməyin yollarını müzakirə ediblər. Antaliyada kçirilməsi nzərdə tutulan G-20 zirvəsinin əsas mövzuları da Prezidentlərin müzakirə mövzusu olub.
azadliq.info