Suriya İnsan Haqqları Təşkilatı Rusiyanın Suriyada başlatdığı hava hücumları ilə bağlı hesabat yayıb. Yayılan hesabatda, Rusiyanın 30 sentyabrdan bu yana Suriyanın müxtəlif şəhərlərində təşkil etdiyi hücumlarda 25-i uşaq, 15-i qadın olmaqla, ümumilikdə 104 dinc sakinin öldürüldüyü bildirilir.
Hesabatda eyni zamanda, Rusiyaya aid döyüş təyyarələrinin bu günə qədər 23 nöqtəni hədəf aldığı öz əksini tapıb. Bu zərbələrin 15-nin müxaliflərə, 5-nin İŞİD-ə, 3-nün isə müxaliflərin əlində olan ərazilərə endirildiyi də hesabatda yer alıb.
azadlıq.info