Fransa IŞİD-in Suriyadakı hədəflərinə ikinci dəfə hava zərbələri endirib. Bu haqda Fransanın müdafiə naziri Le Drian açıqlama verib. O, Fransanın “Europe1” radiosuna müsahibəsində ötən gecə IŞİD-in paytaxt elan etdiyi Suriyanın Rakka şəhərindəki təlim düşərgələrini bombaladıqlarını açıqlayıb.
Fransız nazir, hava hücumunun nə ilk, nə də son olacağını bildirib: “Hava hücumu təşkil etdik. Çünki bilirik ki, Suriyada, xüsusilə də Rakka şəhərinin ətrafında xarici ölkələrdən gələnlərin təlim düşərgələri var”,-deyə müdafiə naziri bildirib.
azadliq.info