Cənubi Koreyadan olan namizəd Çhon Mon Cun FIFA-dakı prezident seçkilərində iştirak edə bilməyəcək. Buna səbəb FIFA-nın onun namizədliyini ləğv etməsidir.
Dünən qurumun etika komitəsi Cunun namizədliyinin siyahıdan çıxarılması barədə qərar qəbul edib.
Çhon Mon Cun özü hər hansı xətaya yol vermədiyini və qərara etiraz edəcəyini bildirib.
FIFA isə hesab edir ki, Cun Cənubi Koreyanın 2022-ci il futbol üzrə dünya çempionatını bu ölkədə keçirməklə bağlı müraciətini aktiv şəkildə dəstəkləyir. Bu da FIFA prezidentliyinə namizədlər üçün yolverilməz hal sayılır.
Çhon Mon Cun FIFA-da vitse-prezident postunu tutub. Milyarder iş adamı həm də ?Hyundai Business Group?un sahibidir.
FIFA-da prezident seçkiləri 2016-cı ilin fevralında Sürixdə keçiriləcək.