“Euro-2012″nin seçmə mərhələsinin qrup oyunları başa çatdı. Avropa çempionatının final mərhələsinə Ukrayna və Polşa (turnirin ev sahibləri), Rusiya, Almaniya, İtaliya, Niderlan, Yunanıstan, İngiltərə, İspaniya, Fransa, Danimarka (qrupların qalibləri) və İsveç (qruplarda ikinci yeri tutanlardan ən yaxşısı) milliləri çıxış etmək hüququ qazanıblar.
Noyabrın 11-12-i və 15-də keçiriləcək “play-off” oyunlarında Estoniya, Türkiyə, İrlandiya, Xorvatiya, Bosniya-Hersoqovina, Monteneqro, Portuqaliya və Çexiya milliləri qarşılaşacaşlacaq. Qarşılaşmaların püşkü sabah atılacaq. Püşkatmada Portuqaliya, Xorvatiya, Bosniya-Hersoqovina və Monteneqro milliləri səpələnmişlər sırasında olacaqlar. Yəni, Türkiyə millisi final mərhələsinə vəsiqə qazanmaq üçün bu komandalardan biri ilə qarşılaşacaq.