Xədicə İsmayılın bunlara etdikləri bəsləri olmadı?
Meydan TV-nin dünən axşam “Bandotdel”də saxlanılan 3 nəfər xanım əməkdaşı artıq azadlıqdadır və buna şadam. Amma təəssüf edirəm ki, rejimin azad mətbuatla və fəal xanımlarla savaşı davam edir. Rejimin məqsədi ölkədə azad mətbuatı tamamilə sıradan çıxarmaq, Azərbaycan xanımlarını da ictimai-siyasi həyatdan uzaqlaşdırmaqdır. Çox çirkin üsullarla mübarizə aparmalarına baxmayaraq, yenə də sonda məğlub olacaqlar. Niyə anlamırlar ki, xanımlarla, hələ üstəlik jurnalist xanımlarla mübarizədə qalib gəlmək şansları yoxdur. Cəsur və intellektual qızlarımıza – Sevinc Vaqifqızı, Aytən Fərhadova və İzolda Ağayevaya keçmiş olsun deyirəm.