ABŞ Məkkədə baş vermiş faciə ilə əlaqədar bütün müsəlmanlara yardım və dəstəyə hazır olduğunu bildirib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibiCon Kerri bəyan edib. “Həcc ziyarəti dövründə İslam üçün ən müqəddəs yerlədən birində baş verən dəhşətli faciədən sonra ABŞ Səudiyyə Ərəbistanı və bütün dünya müsəlmanları ilə yanaşı duracaq”, – deyə o, qeyd edib.
Xatırladaq ki, sentyabrın 11-də axşam Kəbədə qaldırıcı kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər isə yaralanıb.