Dariqa Nazarbayeva Qazaxıstanın baş nazirinin müavini təyin edilib. Bu barədə fərmanı Dariqanın atası, prezident Nursultan Nazarbayev bu gün imzalayıb.
Məlumatı Qazaxıstan Prezident Administrasiyası yayıb.
D.Nazarbayeva 1963-cü ildə anadan olub. Moskva Dövlət Universiteteinin tarix fakültəsini bitirib. Siyasi elmlər doktoru olan xanım Nazarbayeva 2012-ci ildə Qazaxıstan parlamentinə, iki il sonra vitse-spiker seçilib. (Virtualaz.org)