Rusiya prezidenti Vladimir Putinin Roma Papası ilə BMT Baş Assambleyası çərçivəsində görüşü yalnız o halda baş tuta bilər ki, Putin görüşə gecikməsin. Bu barədə The New York Times qəzeti Vatikanın BMT-dəki nümayəndəsinə istinadən məlumat yayıb.
Qeyd edək ki, Roma Papası ilə son görüşə Putin 70 dəqiqə gecikmişdi.
Roma Papasının sentyabrın 25-də Baş Assambleyada çıxışı nəzərdə tutulub. Putinin ora sentyabrın 27-də gedəcəyi gözlənilir. Həmin günü onun çıxış edəcəyi planlaşdırılıb.
Mətbuat xidmətinin rəhbəri Dmirti Peskov jurnalistlərə bildirib ki, Putinin Nyu-Yorka səfər proqramında nə Roma Papası, nə də ABŞ prezidenti Barak Obama ilə görüşü planlaşdırılmır.
Peskovun sözlərinə görə, Ağ Evdən görüşlə bağlı təklif gəlməyib. Lakin Rusiya tərəfi təklif üçün açıqdır.
Fizzə