Azərbaycan hökuməti böhranın depressiyasını uğursuz “Razi əməliyyatı” ilə dəf edə bilirmi?
İlham Əliyev keçirdiyi son müşavirədə (8 sentyabr) ölkəmizin ciddi sınaqlar qarşısında olduğunu etiraf etdi. Amma ciddi təkliflər, böhrandan çıxış yolları haqqında nə isə eşitdinizmi? Əksinə, cox ciddi probelmərə rəğmən xeyli nikbin, qürurlu görünürdü prezident. Təbii ki, bu nikbinliyin arxasında heç bir cddi əsas, anti-böhran tədbirlərinin mövcudluğu durmur. Bir gün Beyləqandan, başqa gün Suraxanıdan, o biri gün virtual aləmdən gələn “konfrans” sədaları həşamətli hökumətimizin bütün ehtiyaclarını qarşılayır, problemlərini unutdurur, var olmaq, nikbinlik üçün ciddi əsaslar yaradır. Sərvətləri bütün dünyaya səs salan bir məmləkəti orta əsrlər dövrünə qaytarmağı səriştəsizlik əlaməti kimi qəbul etmirik, bunun məqsədyönlü siyasət olduğunu anlayırıq. Amma “Razi əməliyyatı”nda hələlik məğlub və aldadılan bu yaramaz işə və dəstəyə pul ayıran Azərbaycan hakimiyyətidir. Maraqlıdır, görəsən, AXCP-yə qarşı bu əməliyyata göstəriş verənlər 7-8 rayonda “konfrans” adı altında şou təşkil edən dəstədən neçə real cəbhəçi “ovladıqları” haqda hesabat alıblarmı? Yoxsa, tabeçiliklərində olan mətbuatın “daha bir şöbə Əli Kərimlinin əlindən çıxdı” xəbər başlıqlarının həzzini yaşamaq onlara bəs edir? Əgər belədirsə, qabaqcadan bir “şad xəbər” də biz verək.
Aldığımız məlumatlara görə, Razi dəstəsi növəbti şou-“konfrans”ı Xətai rayonunda planlaşdırır. Artıq Rayon İcra Hakimiyyəti də işə girişib, “konfrans” nümayəndələrini müəyyənləşdirib. Hətta rayon şöbəsinə “sədr” də tapıblar. Bu, keçmiş cəbəhçi, partıyadan illər öncə uzaqlaşmış Elvin Baycan adlı birisidir. Zavallılar bu dəfə də AXCP üzvlərindən heç kimi ələ ala bilməyiblər, əlacları “5 manatlıqlar”a qalıb. Haralardansa tapdıqları adamları ödəniş müqabilində zala yığıb “AXCP-nin Xətai şöbəsi” adlandıracaqlar və hansısa maddi ehtiyacının qarşılanması müqabilində bu rola razılıq vermiş birisini də olmayan şöbənin sədri elan edəcəklər.
İnformasiya şöbəsi