Cəlilabad rayonunda yaşayan 7 yaşlı Amil (ad şərtidir) talasemiya xəstəsidir. Xəstəliyi ilə bağlı ona ayda 2 dəfə qan köçürülür( +1). Qan isə Bakıda Qan Bankında köçürülür. Amilə qanı əsasən öz qohum-əqrabası verir. Qan olmayanda isə ailə onu pulla alır. Amma ailənin imkanı da hər dəfə buna çatmır. Qəzetiniz vasitəsilə bu qan qrupundan olan insanların bizə donor yardımı göstərməsini xahiş edirik.
Qan vermək istəyən insanlar onu Bakıda Qan Bankında verə bilərlər.
Təmənnasız donor yardımı etmək istəyənlər (055 317 39 33) telefon nömrəsi vasitəsilə Amilin valideynləri ilə əlaqə saxlaya bilərlər.