Estoniyanın xarici işlər naziri Marina Kalyurand Avropa Birliyinə Rusiyaya qarşı sanksiyaları uzatmağı və sərtləşdirməyi təklif edib.
XIN rəhbəri Minsk anlaşmasının Ukraynadakı münaqişənin həllinin əsasını təşkil etdiyini bildirib. Nazirin fikrincə, Rusiya Ukraynanın şərqində aqressiv davranmaqda davam edir.ÿKalyurand əlavə edib ki, Minsk anlaşması sonadək yerinə yetirilməyənə qədər Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları davam etdirməlidir. “Ehtiyac yaranarsa, Rusiya ilə bağlı əlavə tədbirlər də görmək olar” – deyə, nazir bildirib.